Britaniyanın küçə sənətçisi Benksi London metrosunun vaqonlarını koronavirus pandemiyasına həsr edilən qrafitti ilə bəzəyib.


Facemark.az xəbər verir ki, qrafittidə göstərilir ki, siçanlar metroda da özlərini evlərindəki kimi özünütəcrid edirlər.


Rəssam metroda şəkil çəkən zaman belə, özünü metronu dezinfeksiya edən işçi kimi aparırdı. O, respirator, eynək, qoruyucu kostyum geyinib. Sərnişinlərin olduğu vaqonun divarlarını bəzəyib. Benski yenə də qara siçanları təsvir edib. Görüntülərin birində siçan maskadan olan paraşütündə səyahət edir, digəri isə maskanın içinə asqırır.


Çarxın sonunda Benksi stansiyanın divarında yazır: “I get lockdown”, daha sonra isə vaqonun qapıları bağlanır və belə “I get back up again” yazısı görünür.


Qeyd edək ki, aprelin ortasında rəssam koronavirus pandemiyası zamanı özünü təcrid etməyin bir yolunu tapmışdı. Özünün Instagram hesabında yazırdı ki, “Həyat yoldaşım evdə işləməyimdən zəhləsi gedir”. Üstəgəl, siçanlar isə vanna otağında xaos və səliqəsizlik yaradır.


Videonu BURADAN izləyin.