Mail.ru Group süni intellekt əsaslı platforma ərsəyə gətirib. Onun köməyi ilə xəbərlər və reportaj videolar hazırlamaq olar. Belə ki, səsləndirməni virtual aparıcının özü edəcək.


Facemark.az-ın məlumatına görə, bu haqda Sostav nəşrinə şirkətdən deyilib.


Şirkətlər qrupu söz verir ki, platformada studiya keyfiyyətinə oxşar videolar hazırlamaq mümkün olacaq. Video çarxa musiqi, başlıq, foto və linklər əlavə etmək mümkündür.



Mail.ru Group-dan gözləyirlər ki, yeni xidməti bazardakı bir çox media oyunçu istifadə edəcək. Bildirilir ki, yeni xidmət böyük nəşrlərdə olduğu kimi, bloggerlə üçün də faydalı olacaq. Çarxın hazırlanması üçün isə sistemə xəbərlərin məzmununu əlavə etmək lazım olacaq.


Onu real insana oxşayan və danışan aparıcı səsləndirir. Kompaniyadan deyiblər ki, xəbəri oxuyan aparıcı sözlərin vurğularını qoyur, jest və mimikalarından yerində istifadə edir. Çarxı ərsəyə gətirən aparıcının xarici görünüşünü özü seçə biləcək. Platformaya bir çox modeldə virtual diktorlar əlavə edilib. Çoxları isə real insanların prototipidir. Studiyanın dizaynını da aparıcı kimi dəyişmək olar.


“Yeni platformanın köməyi ilə media tez bir zamanda süjetləri hazırlaya, vaxta və pula qənaət edə bilərlər”, - deyə şirkətin açıqlamasında deyilib.