Yayımlanan bir bloq paylaşımına görə, Gmail, artıq daha çox inteqrasiyaya sahib olacaq. GSuite istifadəçilərinin bu həftə almağa başlayacaqları yeni dizayn, gündəlik istifadəçilər üçün nə zaman əlçatan olacağı bilinmir.


Facemark.az-ın məlumatına görə, ABŞ-ın texnologiya nəhəngi Google-un populyar xidmətlərindən biri də Gmail-dir.




Bünövrəsində e-poçt olaraq qarşımıza çıxan bu xidmət, bu gün milyonlarla istifadəçisi tərəfindən aktiv istifadə edilir. Google, bir müddətdir ki, xidmətin populyar olması üçün əlindən gələni edir. Son açıqlamaya görə isə, Gmail yeni bir dizayna sahib olacaq.




Google tərəfindən yayımlanan bloq paylaşımına görə, Gmail-in yeni dizaynı 3 əsas başlıqda olacaq. Bunlardan biri yenə e-poçt olmağa davam edəcək. Digər başlıqlar isə söhbət və video görüşlər olacaq. Bu isə o deməkdir ki, Google söhbət və video konfrans xidmətlərini də Gmail-ə inteqrasiya etməyi düşünür. Google, Gmail ilə bağlı açıqlamarında deyib ki, söhbət bölməsi daha funksional olacaq. Həmçinin Gmail-in yeni dizaynı ilə istifadəçilər təkcə şirkət çalışanları ilə deyil, öz dostları, tanışları ilə də söhbət otaqları yarada biləcəklər.


Gmail bu funksiyalara əlavə olaraq söhbət mesajlarını e-poçta gələnlər qutusuna əlavə edə biləcək.