Hakerlər təxminən 130 Twitter hesabına hücum ediblər. Məlumatda deyilir ki, onlar bu hesabların az bir hissəsində nəzarəti ələ aldılar və onlara mesajlar göndərdilər. Bu barədə bu gün sosial şəbəkənin dəstək mərkəzindən məlumat verilib.


Facemark.az xəbər verir ki, baş verən hadisənin araşdırılması bir neçə gün çəkəcək. Şirkət hakerlərin kənar şəxslər üçün nəzərdə tutulmayan məlumatları ələ keçirib keçirmədiyi haqqında hələ ki məlumatsızdır.



Twitter hesablarına məlumatın yüklənməsi hələ ki başladılmayıb. Sosial şəbəkə gələcəkdə belə halların baş verməməsi üçün tədbirlər alacağını da vəd edib.


Qeyd edək ki, daha əvvəlki xəbərlərdə deyilirdi ki, hakerlər Amerikanın sabiq vitse-prezidenti Cozef Baydenin Twitter hesabına hücum ediblər. O, gözlənilir ki, Demokratiya Partiyasından bu il keçiriləcək prezident seçilərində iştirak edəcək.


Bundan başqa, kiberhücum Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask, Microsoft şirkətinin rəhbəri Bill Qeyts, Amazonun rəhbəri Ceff Bezos, maliyyəçi, milyarder Uorren Baffet, ABŞ-ın sabiq prezidenti Barak Obama və digər şəxslərin hesabları olub. Həmçinin hakerlər Apple və Uber-in adıçəkilən sosial şəbəkədəki hesablarına da hücum ediblər.