Dünyada 190-dan çox ölkədə 167 milyon ödənişli istifadəçinin fərqli növlərdə və dillərdə filmlər, sənədli, sinema filmləri təklif edən Netflix, orijinal məzmun yaratmağa davam edir.


Facemark.az xəbər verir ki, dünyanın koronavirus epidemiyası ilə başa çıxmağa çalışdığı bu dövrlərdə platformaya maraq xeyli yüksəkdir.


Belə ki, dünya miqyasında insanların evlərə qapanmasından sonra artan trafik ilə baş edə bilməyən şirkət çarəni keyfiyyəti azaltmaqda görmüşdü.


Yeni filmlər ilə böyüməyə davam edən Netflix, ən populyar orijinal filmlərini açıqlayıb. Paylaşılan siyahıda Chris Hemsworth-un rol aldığı Extraction, Sandra Bullock-un baş rolda oynadığı Bird Box və Martin Scorsese-nin rejissor “kreslosun”da oturduğu The Irishman kimi filmlər də yer alır.


Budur, adıçəkilən platformada ən çox baxılan 10 film belədir:


  • Extraction: 99 milyon
  • Bird Box: 89 milyon
  • Spenser Confidential: 85 milyon
  • 6 Underground: 83 milyon
  • Murder Mystery: 73 milyon
  • The Irishman: 64.2 milyon
  • Triple Frontier: 63 milyon
  • The Wrong Missy: 59 milyon
  • The Platform: 56.2 milyon
  • The Perfect Date: 48 milyon