Hazırda ödəniş sistemi BBDO və Saatchi & Saatchi ilə əməkdaşlıq edir.


Visa qlobal kreativ agentlik axtarışındadır.


Facemark.az-ın məlumatına görə, şirkətin sözçüsü AdAge-ə bildirib ki, xarici tərəfdaşları qiymətləndirmək onlar üçün adi bir təcrübədir.


Visa-nın sözçüsü deyib ki, “Visanın dünyanın ən güclülərindən biri olduğunu nümayiş etdirməklə, rəqiblərimizə meydan oxumağı planlaşdırırıq. İndi agentliklərin istedadlarını qiymətləndirmək, bütün dünyada bu işi mümkün qədər daha inandırıcı və efektiv şəkildə həyata keçirəcəyindən əmin olacağımız agentlik axtarışının vaxtı gəlib çatıb”.


Bununla belə şirkətin hazırda əməkdaşlıq etdiyi BBDO və Saatchi & Saatchi agentlikləri Visa-nın hesabları uğurunda yenə də mübarizəyə qoşulmağı planlaşdırır. Gözlənilir ki, tender ilin sonunda başa çatsın. Şirkətin illik media xərcləri isə 200 milyon dollar qiymətləndirilir.


Bundan əvvəl isə Visa Olimpiyadanın Tokioda keçirilməsi ilə bağlı olaraq, özünün kommunikasiya strategiyasına düzəliş etməli oldu. Bundan başqa, pandemiya ilə bağlı olaraq #Where You Shop Matters kampaniyasında da düzəlişə getmək lazım idi. Kiçik və orta sahibkarlara dəstək kampaniyası, pandemiya zamanı onların üzləşdiyi çətinliklərə yönəldildi.