Müasir dövrün menecmenti, yəni idarəçiliyi əvvəlki dövrlərə nisbətən çox təkmilləşmişdir. Hətta bir neçə il öncə tətbiq olunan funksiyalar indi aktuallığını itirməkdədir. Lakin funksiyalar nə qədər aktuallığını itirsə belə özünü yeni funksiyalarla əvəz edərək müasir menecmentin əsasını təşkil etməkdədir.


Menecment nədir? Menecment obrazlı desək əlində olan alətləri, düzgün funksiyalarla tətbiq edərək yekun nəticəyə çatmaq üsuludur. Yəni, əgər əlində çəkic varsa, mismarı taxtaya vuraraq sən yekun nəticəyə stolun bərkidilməsinə nail ola bilərsən.


İdarəetmə bir elmdir. Menecmenti idarəetmə ilə sinonim sözlər kimi istifadə edə bilərik. Ümumilikdə idarəetmənin 4 funksiyası mövcuddur:


1) Planlaşdırma


2) Təşkiletmə


3) Motivasiya


4) Nəzarət


Yəni, ümumi proses olaraq götürsək, bir işi görmədən öncə onu planlaşdırırsan, sonra fəaliyyətlər edərək təşkil edirsən, komandada motivasiya yaradıb və yekun proseslərə nəzarət edirsən.


İdarəetməni yüksək dərəcədə təşkil etmək üçün bu elmi yüksək dərəcədə yiyələnməlisən. Bunsuz mümkün deyil. Lakin bu o demək deyil ki, bütün terminləri əzbərləyib sən xüsusi idarəçi olacaqsan. Heç də hər kəs idarəetməni oxuyub yüksək idarəçi ola bilməz. Şəxslər var ki, idarəetmənin nəzəri olaraq 4 funksiyasını tam əzbər bilmir, lakin işində o qədər məharətlə tətbiq edir ki, bu kimi xüsusiyyətlərə görə yüksək səviyyədə idarəçi statusunu alır. Lakin sübut olunub ki, bir elmdə uğur qazanmaq üçün praktiki vərdişlərdən çox onun nəzəri hissəsini də bilməlisən. Bu halda ciddi uğur qazanmaq mümkündür.


İdarəçiliyin tarixi 20-ci əsrdən başlayır. Teylor bu elmin banisidir. Teylora qədər menecmentə-idarəetməyə ciddi şəkildə elm kimi yanaşılmırdı. Lakin o sübut etdi ki, necə ki, fizika elmi var, kimya elmi var eləcə də idarəetmə elmi var. Hər kəs necə gəldi gəlib bu elmə yiyələnmədən idarəçi ola bilməz.


Müasir idarəçilik özü özlüyündə artıq bir çox funksiyaları özündə birləşdirir. İdarəçilik hər bir sahədə fərqli olsa belə ümumi olaraq özünə məxsus prinsipləri mövcuddur. Müxtəlif sahələrə məxsus idarəçilik mövcuddur. Biznes və sahibkarlıqda “Biznes idarəçiliyi”, Dövlət idarəetməsində “Siyasi və ya dövlət idarəçiliyi” və s. kimi sahələrə ayrıla bilər. Lakin belə adlanmasına baxmayaraq idarəçiliyin özü vahid bir elmdir və vahid qaydaları vardır.


Bəzi məqamlar da vardır ki, bunları idarəçilikdə tətbiq edə bilməzsən.


İdarəçilik və müasir menecmentdə olmazlar aşağıdakılardır:


1) Avtoritar üsul ilə idarəçilik. (Əgər biznes idarçiliyi bunun üzərində qurularsa tezliklə həmin sahibkarın/idarəçinin yanında heç bir işçi sadiq qalmaz)


2) Tək mərkəzli, bir nəfərin qərar verdiyi idarəçilik. Bəli, yekun olaraq qərarı 1 nəfər verməlidir. Lakin bu qərar verilənə qədər səlahiyyətli şəxslər tərəfindən sorğular keçirilməli, rəylər alınmalıdır. Bu halda effektiv qərardan söhbət edə bilərik.


3) Tabeliyində olan şəxslərin fikrini dinləməmək. Əgər tabeliyindəki şəxs sənə öz təklif və iradlarını bildirmirsə, deməli nəsə problem var. Bunu mütləq nəzərə almaq lazımdır.


İdarəçilikdə fərdi və kütlə anlayışı vardır. Yəni, fərd olaraq 1 nəfər kütlə olaraq isə 100+ adamı misal çəkə bilərik.


Fərdlər:


Rasionaldır - Fərd fikirləşərək düzgün qərarlar verə bilər.


Çətindir - 1 nəfəri razı salmaq olduqca çətindir.


Çevikdir - Sürətli şəkildə iş gördürmək mümkündür.


Qısa müddətlidir - Fərdləri razı salmaq qısa müddətli prosesdir.


Kütlə:


Emosionaldır - Bunu siyasi idarəçilikdə görə bilərik. Mis: Türkiyənin ordusuna olan sevgisi.


Asandır - Böyük bir kütləni fərdlərə nisbətən idarəetmək daha asandır.


Ləngdir - Adam sayı çoxdur deyə qərarvermə gec olur.


Uzun müddətlidir - Əgər müəyyən effekt yaradarsansa bu uzun müddətli qalacaqdır.


Son olaraq onu deyə bilrəm ki, müasir menecmenti (idarəçiliyi) öyrənmədən uğur qazanan şəxslər çox azdır.


İlkin Mirzəzadə, blogger, İR mütəxəssisi.