Yeni Strada üçün “Bir əfsanəni, ancaq özü keçə bilər” konseptini mənimsəyən Fiat, yeni reklam filmində baş rolda “Rock’n Roll”un Kralı Elvis Presley-i qonaq edir.


Facemark.az-ın məlumatına görə, reklam filmi Braziliyada yayımlanıb və Leo Burnett Tailor Made São Paulo imzasını daşıyır.


“Rock’n Roll”un Kralını canlandıran isə Presleyin ailəsi tərəfindən dəstəklənən, 2013-cü ildə yarışların birində birinci olan Dean Z-dir. Film 600 nəfərin də iştirakı ilə üç fərqli məkanda altı gündə reallaşdırılıb. Dean Z-nin siması isə Elvis-in 1968-ci ilə aid olan görüntüsü ilə dəyişdirilib.


- Reklamverən: Fiat


- Reklam Agentliyi: Leo Burnett Tailor Made São Paulo


- Prodakşn Şirkəti: Alice Filmes


- Rejissor: Felipe Mansur