COVID-19-un yaxın təmas yolu ilə yayılma dinamikası yüksəkdir. Ancaq bir nəsnə üzərindən virusa yaxalanmaq da mümkündür.


Facemark.az xəbər verir ki, toxunulan səthləri daim təmiz saxlamaq lazımdır.


Gün ərzində əllərin ən çox dəydiyi əşyalardan biri də geyimlərdir. Şalvarlar da bu əşyalar arasında ən çox toxunulanlar arasındadır. Diesel əllərin daim təmas etdiyi geyimləri bazara çıxarmağı planlaşdırır.



İsveçin kimya şirkəti Polygiene ilə əməkdaşlığı nəticəsində ortaya çıxan yenilikçi parçalarda ViralOff adlı funksiya var. Bu yenilik ilə virusların 99%-nin parçaya yapışmasının qarşısı alınır. Bildirilir ki, virus 2 saat içində parça üzərində öz aktivliyini itirir.


Diesel, Polygiene isə deyirlər ki, ViralOff onların müştərilərini qorumaq üçün olduqca vacibdir: “Dünyanın bu sürətli dəyişikliyinə adaptasiya olmağa çalışırıq”, - deyə sözlərinə əlavə ediblər.


Yeni texnologiya ilə geyimlərin isə 2021-ci ilin yaz/yay kolleksiyasında bazara çıxarılacağı gözlənilir.