Şirkətin gəlirlərinə insanların sağlam qidalanmağa keçməsi və pandemiya təsir edib.


The Coca-Cola Company maliyyə hesabatı ilə bağlı yeni nəticələri açıqlayıb. Açıqlamada deyilib ki, şirkətin korrektə olunmuş rüblük gəliri son 30 ildə ilk dəfə 28% azalma nümayiş etdirib.


Facemark.az-ın məlumatına görə, şirkətin özüdə isə enməni əsas satış nöqtələrinin işinin məhdudlaşdırılması ilə əlaqələndirirlər.


Belə ki, 2020-ci ilin ikinci rübündə kompaniyanın satışları 7,1 milyard dollar olub, 2019-cu ilin anoloji dövründə isə bu rəqəm 9,9 milyard dollar idi. Demək olar ki, şirkətin satışlarının yarısını ictimai qidalanma müəssisələri və kinoteatrlardakı satışlar olub. Ona görə də, satışlardakı enməni məntiqli hesab ediblər. Kompaniyanın özü deyir ki, ilin sonuna qədər vəziyyət düzələ bilər.


Hesabatda qeyd edilir ki, bununla belə satışlarda müsbət bir dinamika nəzərə çarpır. Belə ki, əgər apreldə enmə 25% qədər idisə, iyunda isə satışlarda azalma 10% qədər yavaşlayıb. Qazlı alkoqolsuz içkilərə tələb hər keçən il güclü bir şəkildə enməkdədir. Buna səbəb isə insanların daha sağlam qidalanmağa keçməyi ilə bağlıdır.


Buna görə, dünyanın ən böyük alkoqolsuz içki istehsalçısı 25 ölkədə enerji içkisi Coca-Cola Energy-nin istehsalına başladı. 2018-ci ildə isə şirkət Costa Coffee qəhvə şəbəkələri zəncirini almışdı. Bu şirkətin isti içkilər seqmentində birinci dünya brendi oldu. Bundan başqa, şirkət özünün alkoqollu içki seqmentində də sınayır. Belə ki, kompaniya Yaponiya bazarında özünün ilk Lemon-Do adlı alkoqollu içkisini hazırlamışdı.


The Coca-Cola Company krizisdən çıxmağa çalışır, eyni zamanda reklam xərclərində də məhdudiyyətlər tətbiq etmişdi. Şirkət Facebook, YouTube, Snapchat və Twitter-də reklamın verilməsini dayandırmışdı. Eyni zamanda, könüllü şəkildə alkoqolsuz içkilərinin TV, radio, ənənəvi mətbuatda reklamından da imtina etmişdi.