COVID-19 pandemiyası jurnalistlərin psixoloji sağlamlığına ciddi təsir göstərib.


Facemark.az xəbər verir ki, belə bir araşdırmanı Reuters nəşri Institute for the Study of Journalism-ə istinadən yazıb.


Sorğu iyunda aparılıb. Sorğuda müxtəlif ölkələrdə yaşayan 73 jurnalist iştirak edib. Bütün respondentlər bu sahədə 18 ildən çoxdur ki, çalışırlar və hər biri pandemiyanın işıqlandırılması ilə məşğul olur. Analitiklər yazır ki, sorğuda iştirak edən bir çox jurnalist deyib ki, pandemiya onlarda narahatlıq və depressiya yaradıb. Sorğu iştirakçılarının ¼-i, 26%-i narahat olduqlarını və ya əsəbləşdiklərini deyirlər. Bildirirlər ki, daha tez yorulurlar və fokuslanmaqda çətinlik çəkirlər. Həmçinin yuxusuzluq da bura daxildir. Sorğu iştirakçılarının 11%-i isə post-tramvadan sonra yaranan çatışmazlıqlardan şikayət edib. Onlar tez-tez COVID-19 ilə bağlı olan travmatik hadisələri xatırlayırlar. Həmçinin, qorxu, günahkarlıq, qəzəb və utanc hissi də yaşayırlar.


Sorğu iştirakçılarının yarısından çoxunun qrafiki dəyişib. 60% jurnalistin sözlərinə görə, pandemiya zamanı onlar daha çox işləyiblər. Respondentlər qeyd edir ki, onlara psixoloqlar ilə ünsiyyət, əlavə dəstəklər və konsultasiya da kömək etməyib.


Hesabatda, həmçinin deyilir ki, jurnalistlərin yaşı onların üzərində çalışdıqları mövzu ilə də düz mütənasibdir. Belə ki, yaşı çox olan jurnalistin COVID-19 mövzusu üzərində çalışmağı daha da çətinləşir.


Qeyd etmək lazımdır ki, İnstitutdan deyirlər ki, araşdırmanın müəlliflərindən biri University of Toronto-nun professor, psixiati Entoni Fraqşteyn dünyada daha əvvəllər baş verən hadisələrin jurnalistlər üzərindəki təsirləri ilə bağlı sorğular aparmışdı. Məsələn, onlar 11 Sentyabr hadisləri, İraq müharibəsi, Avropada qaçqın böhranlarının jurnalistlər üzərindəki təsirləri ilə bağlı araşdırmaları həyata keçirmişdilər.