Mail.ru Group 2020-ci ilin ikinci rübü ilə bağlı maliyyə hesabatını elan edib.


Facemark.az-ın məlumatına görə, şirkətin ümumi seqment gəliri ötən ilin anoloji dövrü ilə müqayisədə 25,5% artaraq 25,4 milyard rubla çatıb.


Ümumi xalis mənfəəti isə 8,2% artdı, 3,46 milyard rubla çatıb. EBITDA 3,9% artıb, 7,48 milyard rubla çatıb.


Şirkətin reklamdan gəlirləri isə 5,2% azalıb. Cari ilin ikinci rübündə bu 7,98 milyard rubl olub.


Qrup reklam gəlirlərindəki azalmanın daha çox olacağını gözləsə də, nəticələr bazar proqnozlarından daha yaxşı olub.