GSK Müştəri Sağlamlığı üçün IPSOS-un yeni bir araşdırmasına görə, COVID-19, fərdlərdə şəxsi qulluğa diqqəti artırıb. Eyni zamanda, insanları gündəlik həyatlarında pozitiv dəyişiklik etməyə yönləndirib.


Facemark.az-ın məlumatına görə, araşdırmada qeyd edilir ki, iştirakçıların 59%-i deyib ki, indi daha yaxşı başa düşürlər ki, onların sağlamlığına nə yaxşı təsir edir.


Onlar deyib ki, COVID-19-un nəticəsi olaraq gündəlik qərarlarında sağlamlıqlarını da düşünürlər. İspaniyada bu 74%, İtaliyada 69, İngiltərədə 62%, Almaniyada isə 54%-dir. Araşdırmada iştirak edənlərin 77%-i bildirib ki, xəstəliklərini başqa bir şəxsə bulaşdırmamaq üçün evdə qalacaqlar. İştirakçıların demək olar ki, yarısı immun sistemini gücləndirmək üçün vitamin və multivitamin istifadə etməyi planlaşdırır.


Avropalılar epidemiyadan sonra əczaçılar ilə daha sıx əməkdaşlıq edəcəklərini deyirlər. Anketin reallaşdığı bütün ölkələrdə insanların çoxu, səhiyyə sistemində yük yaratmamaq üçün sağlamlıqlarına diqqət etməyin vacib olduğunu deyirlər. Bu İspaniyada 84%, İngiltərədə 77%, İtaliyada 75%, Almaniyada isə 63%-dir. Bunun nəticəsi olaraq epidemiyadan sonra da əczaçıların rolu getdikcə artacaq.


Anket iştirakçılarının 36%-i, baş ağrıları, dəri xəstəlikləri, soyuqdəymə və s. kimi xəstəliklər zamanı öncə ailə həkimlərinə, poliklinika və yerli xəstəxanalara baş çəkəcəklərini deyirlər. Bundan başqa, bu dörd ölkədəki şəxslərin 41%-indən çoxu gələcəkdə bu cür şikayətləri haqqında tövsiyə almaq üçün əczaçıya müraciət edəcəklərini bildirirlər. İngilislərin 74%-i sağlamlıqlarını nəzarətdə saxlamaq üçün əczaçıdan tövsiyə almağa hazırdır. İspanların 66-i, italyanların 61%, almanların 54%-i isə bu fikirlə razı deyil.


Müştərilər güclü və bünövrəsi təhlükəsiz olan markalara doğru gedir


Araşdırmada iştirak edən ingilislərin 1/3-i əcza şkaflarında resept lazım olmayan dərmanların olmasını labüd hesab edir.


Avropalıların çoxu, 81% reseptsiz qoruyucu məhsullar seçən zaman onun təhlükəsiz marka olmasına fikir verirlər. Belə ingilislərin 79%-i, ispanların 84%-i, almanların 73%-i, italyanların 89%-i düşünür.


İspanlar və italyanlar artıq başqalarının sağlamlığı üçün şəxsi qulluğun vacib olduğu qənaətinə gəliblər.


Avropalıların ¾-ü, 75%-i yaxınlarının sağlamlığı ilə artıq daha çox maraqlanır. İspaniyada 82%, İtaliyada 77%, İngiltərədə 75%, Almaniyada 66%.


Avropalıların 64%-i başqalarının şəxsi qulluq məsələsində təşviq edəcəklərii deyir. İspaniyada 74%, İtaliyada 70%, İngiltərədə 65%, Almaniyada 48%-dir.