facemark.az dünyanın ən varlı insanlarının bəzilərinin xanımları haqqında informasiyaları bir araya gətirib.


- Lyüsinda Sausvort



Onun həyat yoldaşı: Larri Peyc, Google şirkətinin həmtəsisçisi


Şəxsi sərvətinin həcmi 67,7 milyard dollar (2020-ci il, Forbes)



Larri Peycin həyat yoldaşı, özü haqqında heç bir şey paylaşmadan diqqəti cəlb edib. O, 2007-ci ildə tanışlıqdan cəmi bir il sonra Google-un həmtəsisçisi ilə evləndiyinə görə məşhurluq əldə edir. Cütlüyün toyu nağıllardakı kimi baş tutub, gənclər 600 nəfəri qonaq kimi dəvət ediblər. Onlar toy yeri üçün Neker adasını seçiblər. Bura investor Riçard Brensona məxsus idi. Larrinin seçdiyi qadın intellektual bir ailədən gəlir, eləcə də özü də yüksək akademik göstəriciləri ilə seçilib. Onun işinin əsas fokus olunduğu istiqamət bioloji analiz və araşdırmalardır. Karyera istəklərinə rəğmən, onlar ailəyə vaxt ayırmağı və sosial bir həyat tərzi keçirməyi də unutmurlar.


- Prisçilla Çen



Həyat yoldaşı: Mark Zukerberq, CEO Facebook


Şəxsi sərvətinin həcmi: 88,4 milyard dollar (2020-ci il, Forbes)



Prisçilla özünün gələcək həyat yoldaşı ilə Harvardda tanış olub. Onun özü adıçəkilən universitetdə biologiya fakültəsində oxuyurdu. Ancaq özünün də dedediyi kimi, Mark kimi proqramlaşdırma haqqında bir-iki şey bilirdi. Əslində gəncləri şənlikdə bir araya gətirən, kodlaşdırma ilə bağlı özəl bir zarafat idi. Qeyri-adi istedada malik olan akademik qız Markın ambisiyalı layihəsini reallaşdıracağına inanırdı. Toylarının belə Facebook səhmlərinin xalqa açıq elan edilməsindən bir gün sonra reallaşması belə təsadüfü deyil. Bu gün cütlük iki uşağı tərbiyə edir. Eyni zamanda, təhsil və səhiyyə ilə bağlı suallar ilə də maraqlanırlar.



- Flora Peres



Onun həyat yoldaşı: Amansio Orteqa, Inditex şirkətinin rəhbəri


Şəxsi sərvətinin həcmi 63 milyard dollar (2020-ci il Forbes)




Amansio Orteqa-İspan modasının kralıdır və dünyanın ən varlı sahibkarlarından biridir. O, özünün bu gün ən məşhur şirkətlərdən biri olan Inditex şirkətinin əsasını qoyub. Bundan başqa, birinci həyat yoldaşı Rosaliya Mera ilə birlikdə Zara da daxil olmaqla, dünyanın 77 ölkəsində 500-dən çox mağazaya sahibdir. Cütlüklər yalnız 1986-cı ildə ayrılırlar, ancaq maraqlısı budur ki, Rosaliya biznesdə qalmağa davam edir. Amansio isə yalnız ikinci dəfə evlənmək haqqında 2001-ci ildə düşünür. Onun seçdiyi qadın isə, şirkətində çalışan və deyilənə görə özündən 20 yaş kiçik olan, eləcə də romantik ada sahib Flora idi.


Ümumiyyətlə, Amansio və onun xanımı göz önündə olmağı sevmirlər. Ancaq Amansionun xanımı ictimai bir tədbir etdiyi zaman, inanılmaz dərəcədə gözəl görünür. Yəqin ki, bu da onların statusları ilə bağlıdır.


- Astrid Menks



Həyat yoldaşı: Uorren Baffet, investor


Şəxsi sərvətinin həcmi: 72,1 milyard dollar (2020-ci il, Forbes)


89 yaşlı investor Uorren Baffet gəncliyindən bəri investisiya ilə məşğul olur. Həyatının ilk biznesini hələ 11 yaşı olan zaman açıb, həmin zaman birinci dəfə idi ki, özünün birjada sınayırdı. Ancaq onun eşq həyatı karyerası qədər axıcı getmir. O, özünün birinci həyat yoldaşı Syüzen ilə 1952-ci ildə evlənir. Ancaq onunla faktiki olaraq 70-ci illərin sonunda yaşamağı dayandırır. O, San-Fransiskoda şou-biznes karyerasına davam etmək istəyir. O, birinci həyat yoldaşının ölümünə qədər belə onunla boşanmır, amma Uorren yalnız 2006-ci ildə evlənir. Həmin zaman isə nişanlısının Astridin 60 yaşı var idi. Onların üçünün birlikdə mükəmməl bir münasibəti var idi. Bu gün onları bəzən birlikdə tədbirlərdə görmək olur, Astrid vaxtının çox hissəsini isə xeyriyyəçiliklə məşğul olmağa xərcləyir.



- Elen Merse


Həyat yoldaşı: Bernar Arno, CEO LVMH Moët Hennessy Louis Vuitton


Şəxsi sərvətinin həcmi: 112,5 milyard dollar (2020-ci il, Forbes)



Avropanın ən zəngin insanının ürəyi, karyerasından imtina etməyən və özünün də dediyi kimi ildə ən azı 20 konsert verən pianist Elen Merse tərəfindən əbədi ələ keçirilib. Bernar üçün bu ikinci evliliyidir. 1990-ci ilə qədər o Anna Devavren ilə evli olub. Ailəvi əlaqələrinin köməyi ilə o belə güclü biznes imperiyası qura bilib. Elenin özün ərinin biznesində praktiki olaraq iştirak etmir. Ancaq bunu biznesmenin hər iki nikahdan olan uşaqları haqqında demək doğru olmaz. Madam Merse Arno özü deyir ki, o, həmin vaxt Bernara aşiq oldu ki, onun pianinoda gözəl ifa etdiyini gördü. Sanki tarix təkrarlanır. Belə ki, milyarderin atası da biznesmen idi. Anası isə fortopianino musiqisinin dəlisi idi.