şənbə, 8 avqust 2020

Telegram video zənglər funksiyasını test edir

196

Telegram messenceri video zənglər funksiyasını test etməyə başlayıb. Funksiya hələ ki, yalnız yenilənmiş iOS-un 6.3 versiyasında mövcuddur. Gizli Debug menyusuna əlçatanlıq, siz messencer pəncərəsinin altındakı parametrlər işarəsini on dəfə vurduğunuz zaman görünür. Açılan pəncərədə “Experimental Feature” bölməsini aktiv vəziyyətə gətirməyiniz lazımdır. Video zəngin işləməsi üçün, bu funksiyanı istifadə etmək istəyən hər kəs yuxarıdakı ardıcılığı izləməlidir.

Facemark.az xəbər verir ki, yenilənmə, həmçinin istifadəçilərə statik profil fotosunun əvəzinə video yükləməyə icazə verəcək.

Əlavə faylların göndərilməsi üçün limiti artırıb, çatda olan fotoya isə öncədən baxmaq olacaq. Yaxın insanlar xidmətində isə onun sahibləri üçün qrup statistikaları əlavə edilib.

Roskomnadzor 18 iyunda Rusiyada Telegramı blokdan çıxarıb. Hazırda əlavə ölkə qanunlarına uyğun olaraq çalışır. Bildirək ki, messencer 2018-ci ildə adıçəkilən ölkə ərazisində bloklanmışdı. Bu isə ona görə baş vermişdi ki, Telegram FSB-yə istifadəçi yazışmalarının şifrələrini açmaq üçün açarların verilməsindən imtina etməsinə görə olmuşdu.

Telegram istifadəçiləri isə iki il ərzində messenceri ara-sıra fasilələr ilə işlətmək məcburiyyətində qaldılar.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün