Burger King belə bir düşüncəyə gəlib ki, 2020-ci ilin sona çatmağının artıq vaxtıdır. Ona görə də iyul kampaniyasını Milad bayramına həsr edib. Restoranlar şəbəkəsi video çarx hazırlayıb.


Facemark.az-ın məlumatına görə, müəssisələrindən birini bayram ab-havasında bəzəyib, sosial şəbəkə və əlavələrdə özünün profilini dəyişib.


“2020-ci il çətinliklər ilə dolu bir ildir. Onu daha tez yola salmaq üçün işlərimizi erkən görürük”, - deyə Burger King çarxda deyir. Restoranlar şəbəkəsi insanları 2020-ci il haqqında danışmağa dəvət edib. “Bu il başa çatmalıdır, 2020-ci ildə yaxşı heç nə olmadı”, - deyə videonun qəhrəmanlarından biri deyib. Milad bayramını iyulda qeyd etmək ideyası, kampaniyada iştirak edən hər kəs üçün əla fikir kimi görünüb.



Burger King restoranlarından birini bayram işıqları və çələngləri ilə bəzəyib. Şirkət, həmçinin sosial şəbəkələrinə də bayram elementləri əlavə edib. Kampaniya, həmçinin müştəriləri üçün hesablanıb, belə ki, şirkət bəzi məhsullarında endirim tətbiq edib.


Kampaniya üzərində WPP reklam holdinqinə daxil olan David agentliyi çalışıb.


Adweek nəşrinin yazdığına görə, onun bölmələri San-Paul və Mayamidə yerləşir. Burger King və David 2014-cü ildən bəri əməkdaşlıq edir.