2020-ci ilin iyulunda sosial şəbəkələrin auditoriyası 3,96 milyard (aktiv sosial media istifadəçilərinin sayı) nəfərə çatıb. Bu isə o deməkdir ki, Dünya Əhalisinin 51%-i sosial şəbəkələrdən istifadə edir.


Facemark.az-ın məlumatına görə, We Are Social və Hootsuite hesabatında deyilir ki, internet ilk dəfədir ki, belə bir psixoloji həddi keçib.


Əksər platformaların 13 yaşdan aşağı istifadəçilər üçün əlçatmaz olduğunu nəzərə aldıqda, belə bir göstəricini naliyyət adlandırmaq olar. Bu göstəricini nəzərə aldıqda isə demək olar ki, sosial şəbəkələrdən münasib əhalinin 65%-i (yəni, 13 yaşdan kiçiklər nəzərə almadan) istifadə edir.



İl ərzində qlobal aktiv istifadəçilərin sayı 10,5% artım nümayiş etdirib. Bu halda demək olar ki, hər gün sosial şəbəkələrdən 1 milyon yeni istifadəçi qeydiyyatdan keçir. Bu isə saniyədə 12 nəfər deməkdir. Ümumilikdə, internet-auditoriyası 8,2% artıb (+346 milyon nəfər). Unikal mobil telefon istifadəçilərinin sayı isə daha çox olub, 2,4% artım qeydə alınıb. Başqa sözlə, +121 milyon nəfər.



Sosial media istifadəçilərinin nüfuz və gender tərkibi isə regiondan regiona dəyişir. Əgər Şimali Amerikada sosial şəbəkələrdən istifadə edənlərin 82%-i 13 yaşdan yuxarıdırsa, Mərkəzi Afrikada-yalnız 12%-dir. Şimali Amerikada sosial şəbəkədən istifadə edənlər auditoriyanın 55%-i qadınlardır. Cənubi Asiyada isə təkcə 25%-dir.