şənbə, 8 avqust 2020

Ən populyar sosial şəbəkələr hansılardır? – Brendlər nəyi nəzərə almalıdırlar?

233

GlobalWebIndex-in birinci rüb ilə bağlı hesabatına görə, bir istifadəçinin müxtəlif platformalarda cəmi 8,8 hesabı var. Aparılan araşdırmaya görə, bir ay ərzində messencer və sosial platformalardan istifadə edənlərin 99%-i 16-64 yaş aralığında olub.

Bu hesabatı nəzərə aldıqda, demək olar ki, istifadəçilər gündəlik olaraq sosial şəbəkələrdə 2 saat 22 dəqiqə vaxt keçiriblər. Maraqlısı budur ki, sosial şəbəkə istifadəçilərinin 40%-i onlardan iş məqsədləri üçün istifadə edir.

We Are Social və Hootsuite hesabatına görə isə,

Ən populyar platforma Facebook qalmaqda davam edir. Ay ərzində 2,6 milyard nəfər istifadə edib. İkinci və üçüncü yerləri isə müvafiq olaraq YouTube və Whatsapp tutub, 2 milyard. Instagram-ın reklam auditoriyası ilə bağlı İyul hesabatına görə, xidmətdə son ¼ rübdə istifadəçi sayı 1,08 milyard olub. Bu isə o deməkdir ki, şəbəkə ilk dəfə milyardı keçib.

Eləcə də LinkedIn-də sosial şəbəkələr arasında uğur əldə edənlərdəndir. Belə ki, burada qeydiyyatdan keçən istifadəçilərin sayı 700 milyonu ötüb. We Are Social və Hootsuite qeyd edir ki, Twitter yanvar rəqəmlərinə geri qayıdıb. Burada aktiv istifadəçilərin sayı 326 milyon olub.

Ancaq bununla belə araşdırmanın müəllifləri qeyd edir ki, nəticələr, real göstəricilərdən fərqli ola bilər. Elə buna görədir ki, fərqli şirkətlərin gəldiklərin qənaət də çox zaman fərqli ola bilir.

Markalar nələrə diqqət etməlidir?

Brendlər nəzərə almalıdırlar ki, bu gün gənc qadınların 16-24 yaş arası, brend haqqında informasiya aldıqları əsas mənbə sosial şəbəkələr qalmaqda davam edir. Belə axtarışların 50%-i sosial şəbəkələr, 46%-i isə axtarış motorları üzərində baş tutur. Bu isə onu göstərir ki, istifadəçilərin axtarış davranışları dəyişir. Səsli axtarış və göstərişlərdən 16-64 yaşlı qlobal auditoriyanın yalnız 45%-i istifadə edir. Səsli axtarışlardan ən çox istifadə edən isə 60% ilə Hindistandır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün