Coca-Cola Türkiye, həm istehlakçılya fayda vermək, həm də satış nöqtələrini dəstəkləmək hədəfi ilə bu ay həyata keçirdiyi “Bu Coca-Cola Bizden” kampaniyasınından sonra qidalanma sektoruna dəstəyini yeni layihə ilə elan edib.


Facemark.az xəbər verir ki, yeni layihə çərçivəsində Coca-Cola, pandemiyadan ən çox zərər çəkən sektorlar arasında yer alan qidalanma sektorunda xidmət verən 500-dən çox kiçik restoran və yerli şəbəkələrin tanıtımını edəcək.


Google Proqramatik Şəbəkəsi üzərindən ediləcək tanıtımlarda birincilik kiçik yerli müəssisələrə veriləcək.


İnsanlar, sevdikləri məkanların yenidən açıldığı məlumatını və bu məkanların tanıtımlarını lokasiya və zaman əsaslı kommunikasiya platforması vasitəsilə Google axtarışlarında görə biləcək.


Müəssisələrin yenidən müştəriləri ilə görüşündə körpü olmağı hədəfləyən markanın tanıtım işləri Sentyabr 2020-ci ilin sonuna qədər davam edəcək.