Tutalım, siz bazardakı ən güclü komanda ilə çalışırsınız, onlar superprofessionaldırlar, mükəmməl keyslər hazırlayırlar və auditoriya ilə bölüşmək üçün nəyinizsə də var.


Ancaq burada bir əmma var. Belə ki, onlar özlərinin işlərini PR-a cəlb etmək istəmirlər, bu onlar üçün əlavə bir yük kimi görünür, eləcə də bunu özləri üçün dəyərli hesab etmirlər. Bu baxış bucağını necə dəyişmək olar? Bu haqda Digital Milestone-un PR-meneceri Ulyana Qromova bəhs edib.


Səhv anlayış 1- Göz önündə olmaq heç də hər kəsə lazım deyil!


Hər bir komandanın özünün ulduzu, təşəbbüskar işçiləri olur. Onlar öz biliklərini paylaşmağı, bloq yazısı yazmağı və konfrans təşkilatçısı olmağı, jurnalistlər ilə ünsiyyət qurmağı sevirlər. Tipik olaraq şirkətdəki bu rol modellər, əsasən CEO-lardır, bunu sağlam qəbul etmək olar! Ancaq şirkət, təkcə bacarıqlarına görə deyil, işçilərin inkişaf proqramına və onların PR-ına sahib olsa bu daha yaxşı olar. Məsələn, bura onları natiqlik məktəbinə cəlb etmək, aktyorluq, redaktə, kopiraytinq kurslarına yazılmalarına kömək etmək olar. Əlbəttə ki, bu bacarıqlar praktika ilə dəstəklənməlidir.


Ən sadə variant-daxili mühazirə otaqları təşkil etməkdir. Bizim agentliyimizdə bu Digital-qonaq otağı adlanır. Burada hər bir əməkdaş maraqlı layihələr, keyslər haqqında danışa və özlərinin rəqəmsal, özünüinkişaf təcrübələrini paylaşa bilərlər. Bu layihə üç PR tapşırığını həll etməyə kömək olur:


-Təqdimat bacarıqlarını inkişaf etdirir, stroritellinq və auditoriyanın şəxsə diqqətini özündə cəmləşdirə bilir.


- Spiker, öz natiqliyi ilə digər komanda yoldaşlarını da motivə edir. Göstərir ki, əgər o bacarırsa, siz də edə bilərsiniz.


- Bu sizə KİV və sosial şəbəkələrdə paylaşmağa əlavə fikir verə bilər.


Səhv anlayış 2: PR-ın real dəyəri yoxdur!


PR ümumilikdə əlavə bir yük kimi qəbul edilir. O, çox təcili işlərdən zaman alır. Ona görə də, onu əhəmiyyətsiz və vacib olmayanlar kateqoriyasına əlavə edirlər. Bu səbəbdən, PR-ın təkcə maddi deyil, real qazanc gətirməyi də vacibdir.


Məsələn, biz aktiv olan əməkdaşlarımıza daş veririk, Milestone olduğumuza görə. Aktivlik dedikdə isə bura ictimaiyyət önündə çıxışlar etmək, nəşrlər yazmaq, müsahibələr vermək, agentlik qrupları üçün postlar hazırlamaq, daxili mühazirələr təşkil etmək, inkişaf üçün ideyalar vermək nəzərdə tutulur. Belə müsabiqənin, həm fərdi, həm də komanda qiymətləndirməsi var. Birinci halda, əgər əməkdaş daha çox daş-bal əldə edirsə, bu halda o böyük hədiyyə qazanır, məsələn təyyarə bileti. İkinci halda isə komandanın topladığı bal hesablanır. Əgər nəticələr, hədəfi keçibsə, o zaman komandaya pulsuz şam yeməyi veririk.


PR işləri, təkcə top-menecerlər arasında aparılmamalıdır. Məsələn, işçilərə izah edilə bilər ki, ötən illə müqayisədə şirkət olaraq nələr ediblər, hansı beynəlxalq yarışlarda iştirak ediblər, hansı nəticələri əldə ediblər. Bu halda işçilər başa düşəcəklər ki, PR təkcə fan məqsədi ilə edilməyib. Bu doğrudan da müştərilər ilə işdə çox kömək olur.


Səhv anlayış 3: Danışmağa maraqlı mövzular yoxdur!


PR adamının işi xəbər lentini hazırlamaq, onu vaxtında dərc etməkdir və bundan yaranan işləri sistemləşdirməkdir. Ayrıca, tələb olunarsa, əməkdaşlara hadisələri görməyi, onları ən düzgün şəkildə təqdim etməyi, oradakı güclü cəhətləri vurğulamaq qabiliyyətini aşılamaq olar. Bunun üçün jurnalistlərdən kömək ala bilərsiniz. Bu görüşdə hər şey müzakirə edilir. Məsələn, şirkətin daxilində nə baş verir, nəyi danışmaq olar, hansı keysləri, məqalə üçün hansı ideya və çıxışlara vurğu etmək olar və s.


Biz ayda bir dəfə PR görüşləri edirik, buna cəmi 30 dəqiqə vaxt sərf edirik və hazır fəaliyyət planını əldə edirik. İkinci təcrübə isə, komanda arasında beyin fırtınası yaratmaqdır. Məsələn, onlara layihələri necə inkişaf etdirmək, təqdim etmək, tanıtım etmək haqqında danışmaq olar.


Səhv anlayış 4: PR çox zaman alır!


Məqalələr yazmaq, çıxışlar etmək və digər aktiv fəaliyyət növləri PR adamının işinin bir hissəsidir. Ancaq şirkətin digər əməkdaşları üçün isə bu əlavə yük kimi görünür. PR adamının işi bunu yüngülləşdirmək və minimalizə etməkdir. Məsələn, bir təqdimat çıxışı hazırlayın və KİV nümayəndəsini dəvət edin, təqdimatı jurnalist qarşısında danışan isə siz yox, məsələn dizayner olsun.


PR mütəxəsisi PR məhsul yaratmağa və onun həyata keçirilməsinə kömək etməlidir. İşçiləri şəxsi və korporativ faydaları ilə əlavə iş yükləməməlidir. Ən əsası strategiyanı izləyin, məlumat sahəsindən asılı olaraq onu yeniləyin.


Siz və komandanız hara və niyə getdiyinizi, hansı faydanı əldə etdiyiniz bildikdə, PR sizə əlavə yük kimi görünməkdən çıxacaq. Həm də onlar PR adamına onları işdən yayındıran, əsəbi bir iş yoldaşı kimi baxmağı da dayandıracaqlar.