Coca-Cola-nın rəhbəri Ceyms Kuinsi hesab edir ki, onun 400 brendindən yarısından çoxu bir bazarla məhdudlaşıb və qrupun orta inkişaf tempindən daha yavaş böyüyür. O, deyir ki, bəzilərindən imtina edilməli olacaq.


Facemark.az xəbər verir ki, Coca-Cola kompaniyası geridə qalan bəzi markalara "ayaq uydurmağı" planlaşdırır. Şirkətin rəhbəri inkişafdan qalan markalarını zombi brendi adlandırır.


Şirkət indi daha az, daha böyük, daha güclü markalara üstünlük verəcək. O, deyib ki, bu bizə Minute Maid və Simply kimi brendlərə investisiyanı dəstəkləmək üçün rahatlıq verir. Topo Chico kimi yeni brendlərin inkişafının genişləndirilməsini isə labüd edir.


Daha öncə Coca-Cola şirkəti meyvə sularının istehsalı üzərində ixtisaslaşmış, törəmə şirkəti Odwalla-nın bağlandığını elan etmişdi.


The Wall Street Journal yazırdı ki, bu brendin mağazalara çatdırılmaları iyulun sonuna qədər başa çatacaq. Nəticədə 300 iş yeri ixtisara düşəcək.


Bildirək ki, Coca-Cola Odwalla-nı 2001-ci ildə 181 milyon dollara almışdı. 2017-ci ildə şirkət qazlı içki Topo Chico-nu almışdı.


Ceyms Kuinsinin sözlərinə görə, Coca-Cola Çində qazlı içkilər kateqoriyası üzrə fokuslanmışdı. Rüblük satış böyüməsi isə 14% idi. Qeyd edək ki, Coca-Cola ikinci rübdə gəlirlərində 28%-lik enmə müşahidə edilib.


Belə bir göstərici isə onunla bağlı idi ki, stadion, kinoteatrlar koronavirusa görə, müvəqqəti olaraq bağlanmışdı.