şənbə, 8 avqust 2020

Bill Qeyts-dən koronavirus ilə bağlı - Yeni açıqlama

222

Microsoft şirkətinin qurucusu Bill Qeyts deyib ki, insanlar koronavirus xəstəliyi ilə bağlı analizin nəticələrini uzun müddət gözləməli olurlar.

Facemark.az-ın məlumatına görə, Qeyts deyir ki, testin nəticələri ən qısa zamanda bildirilməlidir ki, xəstə anında özünütəcrid edə bilsin və digər insanların həyatı üçün təhlükə yaratmasın.

"Amerikada koronavirus testlərini etmək vaxt itkisinə səbəb olur. Belə ki, insanları nəticələri uzun müddət gözləməyə məcbur edir", - deyə Microsoft şirkətinin qurucusu bu haqda CNBC telekanalına müsahibəsində bildirib.

Qeyts, həmçinin sözlərinə əlavə edib ki, aşağı gəlirli, yüksək risk dərəcəsi olan insanlar koronavirus testinin nəticələrini 24 saatdan çox gözləməməlidirlər.

Xatırladaq ki, CNBC nəşrinin yazdığına görə, Quest Diagnostics-in məlumatları onu göstərir ki, prioritet xəstələr üçün koronavirus testinin nəticələrinin gözləmə müddəti 2 gündən çoxdur. Buraya xəstəxanaya yerləşdirilən, əməliyyat keçirən və infeksiyanın əlamətləri hiss edilən tibbi işçiləri daxildir.

Bildirək ki, pandemiyanın ABŞ-da başlanmasından bu yana 53 milyon koronavirus testi aparılıb. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin saytında isə deyilir ki, bunlardan 5 milyon testin nəticələri müsbət olub. Amma qurum deyir ki, 5 milyon ümumi xəstə sayı deyil, belə ki, bir nəfər bir-neçə dəfə koronavirus üçün testdən keçə bilər.

İlin əvvəlindən bəri isə internetdə belə məlumatlar dolaşırdı ki, koronavirusun dünyada yayılmasında günahkar Bill Qeytsin özüdür. İnternet istifadəçiləri deyirdilər ki, Qeyts bununla böhrandan faydalanmaq istəyir. Xüsusilə belə nəzəriyənin yaradıcıları hesab edirdilər ki, biznesmen koronavirus infeksiyasına qarşı, vaksinin olunması yolu ilə insanlara çip yerləşdirmək niyyətindədir. Belə fikrin sahibləri təsdiq kimi isə Qeytsin 2015-ci ildəki çıxışına istinad edirdilər. Belə ki, biznesmen həmin çıxışında deyirdi ki, virus bəşəriyyət üçün böyük təhlükədir.

Biznesmen də, öz növbəsində haqqında yayılan şayiələrə cavab verdi və bildirdi ki, yayılan məlumatları inkar etmək onun üçün çox çətindir. Çünki həyatında bu qədər axmaq və qəribə fikir ilə rastlaşmayıb.

O, həmçinin insanlara səslənərək demişdi ki, belə şayiələr insanları vaksin olmaqdan çəkindirəcək, nəticədə onların vəziyyəti daha da ağırlaşa bilər.

Cons Hopkins xəstəxanasının məlumatına görə, ABŞ-da koronavirusun yayılmasından bəri 4,3 milyon insan yoluxub, onlardan 149,2 min nəfəri isə vəfat edib.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün