şənbə, 8 avqust 2020

Instagram TikTok-un bloggerlərini özünün yeni platformasına cəlb edir

222

Instagram sosial şəbəkəsi TikTok-dan populyar istifadəçiləri özünün yeni platforması Reels-ə cəlb edir.

Facemark.az-ın məlumatına görə, populyar TikTok istifadəçilərini özünün yeni platformasına cəlb etmək üçün ödəniş belə etməyə hazırdır.

Bu haqda isə The Wall Street Journal özünün mənbəyinə istinadən yazıb.

Bildirilir ki, Çinin platforması TikTok-un milyonlarla abunəçisi olan hesabların sahibləri yüz minlərlə dollar ödəniş əldə edə bilər. Bunun üçün isə Instagram Reels-ə keçid etmək və özünün auditoriyasını burada qurmaq tələb olunacaq.

Instagram-ın nümayəndəsi Sarrissa Trouer deyib ki, kompaniya bir sıra populyar bloggerlər ilə əməkdaşlıq haqqında təklif edib, amma mükafatın nə qədər olacağı isə məlum deyil. Trouer əlavə edib ki, onlar Instagram-da kontent yaradıcılarına investisiya etməyə hazırdırlar.

Instagram planlaşdırır ki, avqustda Reels-in redaktorunu işə salsın. O funksiyasına görə, TikTok-a bənzəyir.

Reel-sin köməyi ilə 15 saniyə davam edən video çarx hazırlamaq, onun sürətini müəyyən etmək, musiqi əlavə etmək, eləcə də digər videolardan səs götürmək, (TikTok-dakı Duetlərə bənzəyir) əlavə effektlər vermək mümkün olacaq.

Qeyd edək ki, daha əvvəlki xəbərimizdə yazmışdıq ki, TikTok ABŞ-dakı istifadəçilərini dəstəkləmək üçün 200 milyon dollar dəyərində Fond yaradıb. Xidmət, müxtəlif ölkələrdə tətbiqin bloklanmasına dair xəbərlər fonunda Fondu işə saldı.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün