Amerikanın məşhur qlobal media, marketinq, korporativ kommunikasiya holdinqi Omnicom Group-un gəlirləri ikinci rübdə 24,7% azalıb. Qrupun xalis zərəri 24,2 milyon dollar olub.


2020-ci ilin ikinci rübündə Omnicom Group-un gəlirləri 2019-cu ilin anoloji dövrü ilə müqayisədə 24,7% enib.


Facemark.az-ın məlumatına görə, kompaniyanın hesabatında bildirilib ki, gəlirlər 2,8 milyard dollar olub, 2019-cu ildə gəlir isə 3,7 milyard dollar idi. Orqanik gəlir artımı isə 23% enib.


Omnicom Group 24,2 milyon dollar xalis zərər açıqlayıb. Ötən ilin analoji dövründə qrupun xalis gəliri 370,7 milyon dollar olub. Qrup mövcud olduğu bütün bazarlarda gəlir itirib. ABŞ-da bu rəqəm 20,7%, Şimali Amerikada 29,6%, Avropada isə 29,4% olub. Asiya-Sakit okean regionunda gəlirlərdə enmə 18,6%, Böyük Britaniyada 23,7%, Latın Amerikasında 24,1%, Yaxın Şərq və Afrikada isə 39,4% olub.


Kompaniyanın əməliyyat gəliri isə 89,1% aşağı düşüb. Bu rəqəm 62,5 milyon dollar olub. Ötən ilin ikinci rübündə isə əməliyyat gəliri daha çox 573,7 milyon dollar idi.


Holdinq müxtəlif istiqamətlər üzrə enmənin olduğunu deyib. Məsələn, reklam biznesi 25,6%, PR-13,9%, CRM Consumer Experience 25,6%, CRM Execution & Support 27,6% azalıb.


Təkcə, Healthcare istiqaməti isə 3,2%-lik artım nümayiş etdirib.