Müstəqil Bioscience Resource Project-in üzvləri Conatan Letem və Elisson Uilson elmi məlumatları toplamaq üçün yaradılmış bir araşdırmanı hazırlayıblar.


Facemark.az-ın məlumatına görə, araşdırmada göstərilir ki, SARS-CoV-2 -ə bənzəyən virus hələ 2012-ci ildən tapılmışdı.


Həmin vaxtı məlum olmayan xəstəliyə 6 şaxtaçı tutulmuş, onlardan 3 nəfəri isə vəfat etmişdi.


Tədqiqat Tibb Universitetindən Li Xue və Kun Mingin master araşdırmasına dayanır. Yuxarıda adlarını çəkdiyimiz tədqiqatçılar isə məhz bu iki nəfər Çinlinin master araşdırmasına istinadən yazıblar. Araşdırmanı Çin dilindən ingilis dilinə tərcümə ediblər.


Bu dissertasiyada pnevmaniyaya oxşar, amma mənşəyi bilinməyən 6 hadisə haqqında danışılır. Araşdırmada göstərilən bütün simptomlar hazırki COVID-19-a bənzəyir.


Belə ki, hər iki xəstəlikdə quru öskürək, tənəffüs çatışmazlığı, ARDS (kəskin tənəffüs çətinliyi sindromu) müşahidə edilib.