ByteDance şirkətinin amerikalı investorları xidmətin alınması ilə bağlı imkanı müzakirə edirlər. Buna səbəb isə platformanın ABŞ-da bloklanmasının qarşısını almaqdır.


İnvestorlar qısa videoların mübadiləsi xidməti TikTok-un (ByteDance şirkəti) dəyərini 50 milyard dollar qiymətləndiriblər.


Facemark.az-ın məlumatına görə, bu haqda Reuters nəşrinə situasiyaya tanış mənbə deyib.


Bu isə TikTok-un proqnozlaşdırılan illik 1 milyard dollar gəlirindən 50 dəfə çoxdur. Eyni zamanda, Snapchat xidmətinə daxil olan Snap-ın 2020-ci ildə illik gəliri 15 dəfə çox, 33 milyard dollar qiymətləndirilir.


Qeyd edək ki, TikTok-un dəyərinin hesablanması, şirkətin ABŞ ərazisində “qara siyahı”ya alınması ilə bağlıdır. Əgər bu baş verərsə, bu halda TikTok-un bu ölkədə çalışması mümkünsüz olacaq.


Xidmətin ölkə ərazisində bloklanmasının qarşısını almaq üçün isə şirkətin Amerikadakı investorları rəhbərliyə xidmətin alınması ilə bağlı müraciət ediblər.


Reuters nəşrinin yazdığına görə, investorlar arasında General Atlantic və Sequoia Capital və s. olacaq. Eləcə də ByteDance şirkəti TikTok-un səhmlərinin Amerikadakı digər şirkətlərə satılması ilə bağlı da düşünür.


Bu halda, xidmətin yalnız Amerika bölməsi investorlara satıla bilər, o ayrı holdinq kimi fəaliyyət göstərə və özünün direktorlar şurasını yarada bilər.


Nəşr yazır ki, TikTok sürətli templə böyüməyə davam edir. Şirkətin gəlirlərinin böyük hissəsi brendin inkişafından və reklam biznesindən əldə edilir.


Qeyd edək ki, TikTok rəhbərliyi 2021-ci ildə 6 milyard dollar gəlirə bel bağlayır. Eyni zamanda, ByteDance şirkəti özünə belə bir hədəf qoyub ki, Douyin də daxil olmaqla, digər xidmətlərindən əldə etdiyi gəlir 2020-ci ildə 28 milyard dollara çatsın.