cümə axşamı, 26 noyabr 2020

Forbes dünyanın ən bahalı brendlərini açıqladı: Yeni reytinq – Foto

496

Facebook brendi 21% ucuzlaşıb. Forbes nəşri 2020-ci ilin lider və autsayderlərini elan edib.

Forbes jurnalı ənənəvi olaraq dünyanın ən bahalı brendlərinin adını açıqlayıb. TOP 5-lik əvvəlki ildə olduğu kimi qalıb. Apple $241,2 milyard olub (+17%), onu Google izləyir ($207,5 milyard, +24%), Microsoft ($162,9 milyard, +30%), Amazon ($135,4 milyard, +40%) və Facebook ($70,3 milyard, -21%).

Facemark.az xəbər verir ki, il ərzində reytinqdə iştirak edən brendlərin ümumi dəyəri $2,33 trilyon dollardan, 2,54 trilyon dollara qədər yüksəlib.

TOP 10-a, həmçinin Coca-Cola ($64,4 milyard, +9%), Disney ($61,3 milyard, +18%), Samsung ($50,4 milyard, -5%), Louis Vuitton ($47,2 milyard, +20%), McDonald's ($46,1 milyard, +5%) daxil olmağı bacarıb.

Reytinqə daxil olan şirkətlərin yarısı ABŞ-da yerləşir. Başqa ölkələr arasında Yaponiya (6 brend), Almaniya (10), Fransa (9), İsveçrə (5) də var.

Reytinqdə ən populyar sahələr arasında IT (20 şirkət), maliyyə xidmətləri (14), avtomobil sənayesi (11) və pərakəndə ticarət (8) var.

Dəyərinin artımı baxımdan liderlər isə Netflix (+72%), Chanel (+42%), Amazon (+40%), Microsoft (+30%) və PayPal (+24%) olub.

Facebook (-21%), Wells Fargo (-16%), Mercedes-Benz, Ford və GE (-14%) ucuzlaşma baş verib. Builki reytinqə yeni brendlər də daxil olmağı bacarıb: TOP 100-ə Nintendo, Hennessy, Burger King və AXA daxil olub.

Phillips, Hewlett Packard Enterprise və Kellogg’s, əksinə reytinqi tərk ediblər. Dəyəri düşən markalar arasında Gillette kimi markalar da daxil olmağı bacarıb.

Qeyd edək ki, bildirilir ki, növbəti il üçün reytinqdə kəskin dəyişiklik baş verə bilər. Belə ki, koronavirus və iqtisadi böhran ən kiçik şirkətlər də daxil olmaqla, ən böyüklərinə də təsir edib.

Ancaq görünən situasiya isə onu deyir ki, liderlər yenə Amazon, Netflix və PayPal qalmaqda davam edəcək. Bu isə ona görədir ki, 2019-cu ildə bu şirkətlər sürətlə böyüyüb. Bu isə onlayn-ticarət, striminq və ödənişlərin dövriyyəsi xidmətlərinin inkişafı ilə bağlı idi.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün