Microsoft və ByteDance şirkəti ABŞ-ın Xarici İnvestisiyalar üzrə Komitəsinə tərəflər arasındakı danışıqlar barədə rəsmi bildiriş göndərib.


Facemark.az-ın məlumatına görə, bu haqda IT korporasiyasının xəbərində deyilib.


Bildirilirdi ki, şirkət TikTok-un ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiyadakı biznesinin satışı ilə bağlı ilkin dəyərləndirməni öyrənməyə çalışırlar.


Əgər tərəflər arasında razılıq baş tutsa, bu halda Microsoft şirkəti TikTok-un yuxarıda adıçəkilən bazarlardakı aktivlərinin sahibi olacaq və onu idarə edəcək.


Bundan başqa, korporasiya digər Amerika şirkətlərini də alışa cəlb edə bilər. Bununla da həmin şirkətlər TikTok-da minoritar aksionerlər ola bilərlər.
Daha əvvəl tərəflər arasındakı danışıqlar barədə Bloomberg, Reuters, New York Times və The Information və s. də daxil olduğu KİV-lər yazmışdı. Onlar öz mənbələrinə istinadən bunu bildirirdilər.


Microsoft-un korporativ bloqunda təsdiq edirlər ki, onların rəhbəri Satya Nadella ABŞ prezidenti Donald Tramp ilə mövcud danışıqlar barəsində müzakirələr aparır.


Eyni zamanda, şirkətdən deyilib ki, onlar prezidentin TikTok-un təhlükəsizliyi ilə bağlı ifadə etdiyi məsələ ilə tam razıdırlar, belə problemlər həllini tapmalıdır. Ancaq iqtisadi fayda verdiyi təqdirdə onu alacaqlar.


Korporasiya TikTok-un sahibi ByteDance ilə son danışıqların müddətini 15 sentyabr elan edib. Bu müddət ərzində isə Microsoft şirkəti prezident də daxil olmaqla, digər səlahiyyətlilər ilə müzakirələr aparacaq.


TikTok-un potensial alıcısı təsdiq edir ki, ABŞ-dakı istifadəçilər eyni qaydada xidmətdən istifadə edə biləcəklər. Ancaq dünya səviyyəli təhlükəsizlik, məxfilik və rəqəmsal qoruma əldə edəcəklər. Əməliyyat modeli, yuxarıda göstərilən ölkələrin hökumətləri tərəfindən maksimum şəffaflığa və müvafiq nəzarətə əsaslanacaq.


ByteDance şirkəti Amerikadakı biznesinin satışını TikTok-un adıçəkilən ölkədə hökumət səviyyəsində bloklanması ilə bağlı müzakirələr fonunda qəbul edib. Bundan başqa, bildirilir ki, Trampın seçki kampaniyasına görə, xidmətə qarşı neqativ düşüncədədir.


O, hətta bir dəfə demişdi ki, TikTok-un bloklanması, Çini başlatdığı koronavirus epidemiyasına görə cəzalandırmağın bir yoludur. Daha əvvəlki xəbərimizdə yazmışdıq ki, KİV-in məlumatına görə, investorlar TikTok-un dəyərini onu illik gəlirindən 50 dəfə çox, yəni 50 milyard dollar qiymətləndiriblər.