şənbə, 24 oktyabr 2020

Marketinq – Doğru bildiyimiz yanlışlar


Orxan Salmanov


374

Marketinq sözü son illər xeyli məşhurlaşıb. Söz ilə bərabər sahəyə də xeyli maraq yaranıb. Bu yəqin ki, ixtisas seçəcək olan gənclərə də təsir etməkdədir. Bu yazıda marketinq sahəsi ilə bağlı bəzi məlumatları sizinlə bölüşəcəm.

Ölkəmizdə yeni yaranan bu sahədə artıq minlərlə insanlar çalışır. Bunu ən azı sosial şəbəkələrdəki qruplardan müəyyən etmək olar. Bu şəxslərin içərisində peşəkar mütəxəssislərdən bu sahəni öyrənənlərə kimi insanlar yer alıb. Nəzərə alsaq ki, maraqlı sahə olduğu düşünülən bu sahə, həm də geniş yayıldığı üçün qazanc baxımından da insanlara maraqlı gəlir.

Yalnız marketoloqlar marketinq sahəsində çalışır

Marketinq mütəxəssisləri də ölkəmizdə bir neçə peşəyə bölünür. Bunlar içərisində rəqəmsal marketinq mütəxəssisi, SMM menecer, kopirayter, kontent menecer, marketoloq kimi vəzifələr görmək mümkündür. Fərqli bacarıqlara görə bölünən bu sahələr gördükləri işə görə parçalansa da əslində hər biri ümumi marketinqə gedib çatır.

Marketinq mütəxəssisi kimi çalışmaq üçün təhsil önəmli deyil

Təhsilin önəmli olması fikrimcə danılmazdır. Belə ki, bunu mən demirəm, şirkətlərin paylaşdıqları elanlar deyir. Paylaşılan elanların əksəriyyətində uyğun sahənin təhsili olması ən azı üstünlük kimi qeyd edilir. Bu gün ölkəmizdə marketinq sahəsində çalışanların əksəriyyəti başqa ixtisas məzunudurlar. Bunun bir çox səbəbi var. Ancaq bir şey bəllidir ki, siz özünüzü bu sahədə görürsünüzsə ixtisasınız da uyğun olmalıdır. Ancaq ixtisasınızın fərqliliyi sizi bu sahədə çalışa bilməzsiniz demək deyil. Bazarda mütəxəssislər arasında gedən rəqabət yaxın 1-2 ildə başqa sahə məzunları da özlərini inkişaf etdirib, əlavə kurslar bitirib, lazım olan bacarıqlara və istedadlara sahib olub bu sahədə çalışa bilərlər deyə görünür.

Marketinq sahəsində çalışanlar çox qazanır

Bu ifadə, həm düzgündür, həm də yanlışdır. Yanlış hissəsi odur ki, hər kəs yox işini peşəkar şəkildə görənlər yaxşı qazanır. Bu isə bütün sahələrdə belədir. Peşəkar olaraq sahəsini dərindən bilən, inkişafa meyilli olan, öz işini düzgün görən istənilən sahənin mütəxəssisi yaxşı miqdarda pul qazanırlar. Marketinq sahəsi də belədir. Əksər hallarda yaxşı mütəxəssis arzulanan maaşları qazana bilir.

Bir-iki kursa baxmaqla marketinq sahəsində mütəxəssis olmaq olar

Bu sahədə hansısa online və ya offline kurs bitirərək çalışa bilərsiniz. Ancaq bu sahədə mütəxəssis olmaq elə də asan deyil. Siz davamlı olaraq özünüzü inkişaf etdirməlisiniz. Adətən SMM kimi bu sahəyə başlayanlar adi bacarıqlarla başlayırlar və düşünürlər ki, bu sahə çox sadədir. Ancaq marketinq dərin bir sahədir.

Günümüzün tələbi rəqəmsal marketinqdir. Əsas bunu öyrənməkdir

Dünya rəqəmsallaşdıqca bizim ölkədən də yan keçmir. Buna baxmayaraq, marketinqin istənilən hissəsi mənim fikrimcə, ümumi marketinqə bağlıdır. Bu sahədə olanların anlayacağı dildə desəm 4P bilmədən heç vaxt peşəkar SMM, rəqəmsalçı olmaq mümkün deyil. Rəqəmsal dünyada tətbiq edəcəkləriniz köklü biliklərə əsaslanmalıdır.

Marketinq insanlara zərər vurur və insanları aldadır

Marketinq insanlara yalan danışma sənəti deyil. Peşəkar marketoloqlar müştərilərin istədiklərini hazırlanmasına xidmət edir. Keyfiyyətsiz məhsulları müştərilərə keyfiyyətli məhsul kimi çatdırmaq marketinq deyil bunun adı sadəcə saxtakarlıqdır. Marketinqin bir neçə istiqaməti var. Məsələn: bazar araşdırması istehlakçıların, müştərilərin necə məhsullar istədiklərini araşdırırlar və ona uyğun təkliflər hazırlanır.

Oxuduğunuz üçün təşəkkürlər. Müəllifin marketinq haqqında digər yazılarıyla tanış olmaq üçün bura daxil ola bilərsiniz.

Müəllif: Orxan Salmanov

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün