“Bu əsl insayt idi. İnsanların bir qismi özlərinin kontentini yaratmaq istəyirdi, digər bir qismi isə ona baxmağı seçirdi”, - deyə YouTube-un baş direktoru 2017-ci ildə çıxışlarının birində xatırlayırdı.


Susan Voyçiski


O, 2014-cü ildə bəri YouTube-da CEO, baş icraçı direktor vəzifəsində çalışır. Onun rəhbəriyi altında bu kimi suallara cavab tapıldı. Məsələn, videohostinqi necə funksional etmək olar, reklamverənlərinecə cəlb etmək olar, başqa müəlliflərin hüquqlarını necə qorumaq olar və s. Maraqlısı budur ki, Silikon Vadisində böyüsə də, heç vaxt həyatını onunla bağlamaq haqqında düşünməyib.


Məhz Susanın qarajından Google-un tarixi başlayır. O, heç də evində soyuducunun ələ keçirilməsindən belə inciməmişdi, çünki uzaqgörənliyi ilə başa düşürdü ki, bir gün gələcək Google dünyanın ən bahalı şirkəti olacaq və onun xoşniyyətinin də qarşılığı artıqlaması ilə veriləcək. Elə də olur, xanım Susan dünyanın ən populyar videohostinqinə rəhbər gətirilir. Forbes-ə görə, 480 milyon dollar sərvət qazanacaq.


Google-un özü də Susanın qarajı ilə bağlı olan tarixi çox sevir. Siz hələ də Susanın köhnə evinin şəkillərini internetdən tapa bilərsiniz. Həmin evin qarajı, uğur hekayəsinin başlanğıcı kimi, həm şirkətin tarixini, həm də biznes kitablarını bəzəyib. Bundan başqa, Susanın özü də bu qarajı özü üçün böyük başlanğıc yeri hesab edir, bu təkcə karyera ilə də bağlı deyil.




“Mən hər şeyi öncədən görə bilirəm. Mən Google-da işləməyə başlayanda insanlar məndən soruşurdular ki, niyə orada çalışırsan? Çünki həmin vaxtı şirkət çox kiçik idi. Ancaq mən Google-un gələcəkdəki potensialını görürdüm. Və başa düşürdüm ki, o gələcəkdə çox sürətlə böyüyəcək. Halbuki həmin vaxt mənim kimi düşünənlərin sayı çox az idi”.


Maraqlısı budur ki, o bir çox uğurlu qadın kimi zəhməti hesabına bura gəlməyi bacarıb. Ancaq bir fakt da var ki, Susan heç də sıradan ailədə doğulmamışdı. Onun atası Stenli Stanford Universitetində fizik professoru idi. Anası Ester isə tək bir deyil, 3 nəfər uğurlu qız yetişdirməyi bacarmışdı. Susan 3 bacıdan ən böyüyüdür.


Onun bacılarından biri olan Enn Vojitski Google-un yaradıcılarından biri olan Sergey Brin ilə evli olub və ondan iki uşağı var. Ennin özü biotexnologiya şirkəti 23andMe CEO-sudur. Bu isə o demək idi ki, daha bir varis də Silicon Valley's Royalty klubuna daxil olurdu. Susanın ikinci bacısı Cenet isə Amerika Birləşmiş Ştatlarında nüfuzlu antropoloq kimi fəaliyyət göstərib.


Ən uğurlu müqavilələrdən biri Google üçün 2006-cı ildə bağlanmışdı. Həmin vaxt yeni və perspektivi çox olan videohostinq YouTube-u 1,5 milyardan çox qiymətə alırlar. Həmin vaxt bu Sergey və Larri üçün risk hesab ediirdi. Onlar Google Video-nu inkişaf etdirirdilər, ancaq Susanın dediklərinə görə, bu xidmət heç də perspektivli olmayacaqdı.


Maraqlısı budur ki, Susanın bacısının Sergey Brindən boşandıqdan (2015-ci ildə rəsmi şəkildə ayrılacaqdılar) bir öncə YouTube-da rəhbərlik əldə etmişdi. Bəziləri deyirdilər ki, Susanın YouTube-da rəhbərlik əldə etməsində ailə bağlarının rolu olub. Ancaq Susan Financial Times-a müsahibəsində deyirdi ki, ailədə heç kim şəxsi həyatı ilə iş həyatını qarışdırılmasının tərəfdarı deyildi. O, müsahibəsində deyirdi ki, istənilən ayrılıq ailə üçün çox çətindir. Ancaq iş məsələsi olduğu kimi eyni qaldı. Nəşr həmin dövrdə yazırdı ki, Susan doğrudan da işlər ilə bağlı Sergeyə deyil, Larriyə hesabat verirdi.