cümə axşamı, 1 oktyabr 2020

Instagram TikTok-a rəqib olacaq əlavəsini qlobal bazara çıxardı

262

Instagram-ın 50 ölkədən çox istifadəçisi, foto xidmətini TikTok-a çevirən Reels funksiyasından istifadə edə biləcək.

Facemark.az xəbər verir ki, Reels mobil əlavə daxilində 15 saniyə davam edən videolar çəkməyə və ona müxtəlif effektlər və musiqi əlavə etməyə icazə verir.

Həmçinin TikTok-dakı kimi orijinal səs sauntreklərindən istifadə edilə bilər. Instagram bloggerlərin tanıtımı üçün videoları “Aktual” bölməsinə əlavə etməyi düşünür. Seçim zamanı isə platforma videonun stilini, janrını və onun nə qədər əyləncəli olmasını hesaba qatacaq.

Kompaniya Reels-i 2019-cu ilin noyabrında Braziliya bazarında hazırlamışdı. Şirkət yeni funksiya ilə paralel olaraq Lasso adlı əlavəsini də test edirdi. Ancaq 10 İyul tarixində TikTok-un klonu öz fəaliyyətini dayandırmalı oldu.

İyunda isə Reels xidməti Fransa və Almaniyada işə salındı. Hindistanda isə TikTok da daxil olmaqla 59 Çin əlavəsinin bloklanması, Instagram üçün boş qalan bazara girmək üçün əsl fürsət olmuşdu.

Bundan başqa, Reels xidmətinin ABŞ-da bloklanması gözlənilən TikTok əlavəsinin yerini tutmaq şansı var.

Son aylarda bazarı ələ keçirmək uğrunda şirkətlər arasında böyük bir yarış hiss edilir. Məsələn, Sensor Tower-in məlumatına görə, iyulun sonunda Amerika AppStore-unda ən populyarıq qazananlar Triller, Dubsmash və Byte xidmətləri olub.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün