Facebook, Instagram, WhatsApp-ın sahibinin reklam gəlirləri apreldə 10% artaraq 18,3 milyard dollara çatıb.


Facemark.az-ın məlumatına görə, ümumi gəlirlər 11% artım nümayiş etdirib, xalis mənfəət isə praktiki olaraq 2 dəfə artaraq 5,2 milyard dollar olub.


Şirkətin rəhbəri Mark Zukerberq isə deyib ki, hesabat periodunda gözlənilən ilə müqayisədə rüblük nəticələr uğurlu olub.


Onun sözlərinə görə, Facebook-un aylıq auditoriyası 3,1 milyarda çatıb, aktiv reklamverənlər isə 9 milyona yüksəlib.


Kompaniyanın ABŞ və Kanadada reklam satışları 14% artıb, Asiya-Sakitokean regionunda 11%, Avropada isə 9% olub. Digər regionlarda isə enmə müşahidə edilib, 6%. Facebook, həmçinin tanıtım və maketinq xərclərini 18% artırıb.


Xatırladaq ki, iyulda şirkətlər facebook-da reklam verməkdən imtina etmiş, bəziləri isə adıçəkilən platformada reklam xərclərini azaltmışdı. Bu, boykota isə bir sıra nəhəng şirkətlər və mediaagentliklər qoşulmuşdu.


Boykotu dəstəkləyənlər arasında - McDonald's, Ikea, Coca-Cola, Beiersdor, Diageo, Adidas, Starbucks, Walt Disney, Ford Motor, Dell və s. markalar da var.