İşçilər özləri evdən işləmək barədə qərar verəcəklər və şirkət bunun üçün onlara əlavə $500 ödəyəcək. Aqreqatorda bunun onların iş görmə effektivliyinə təsir etmədiyi üzə çıxıb.


UBER taksi xidməti işçlərinə 2021-ci ilin iyun ayına qədər evdən işləməyə icazə verib.


Facemark.az xəbər verir ki, şirkətin ofislərinin qeyd olunan tarixdən tez açılacağı təqdirdə, işçilər özləri qayıtmaq barədə qərar verəcəklər.


Ev ofisinin təşkili üçün isə UBER işçilərə əlavə $500 dollar ödəyəcək. Bu qərar sürücülərə şamil edilmir.


“Şirkət çeviklik prinsipləri üzərində qurulub. İşçilərin öz gələcək planlarını qurmaları və onları rahatlığı üçün, biz bu imkanı onlara təqdim etmək istəyirik”, - deyə Business Insider Uber-ə istinadən xəbər verir.


2021-ci ilin yazında şirkət bu qərarına yenidən baxmağı düşünür. Aqreqatorda dəqiqləşdirilib ki, uzaqdan işləmək qərarı daha sonra uzadılar bilər, lakin azaldılmayacaq.


Digər şirkətlər kimi, Uber də pandemiya dövründə çətinliklərlə üzləşib.


İtkiləri qarşılamaq üçün Uber bir neçə min insanı işdən çıxarıb və şirkətin rəhbəri Dara Xosrovşahi 2020-ci ilin sonuna qədər öz gəlirindən imtina edib.