cümə axşamı, 1 oktyabr 2020

İdman mallarının istehsalçısı Puma-dan satışları ilə bağlı – VACİB RƏQƏMLƏR

275

İdman mallarının istehsalçısı Puma 2020-ci ilin ikinci rübündə satışlarının ötən ilin anoloji dövrü ilə müqayisədə 30,7% enməsi ilə bağlı məlumat paylaşıb.

Facemark.az xəbər verir ki, maliyyə hesabatında deyildiyi kimi apreldən iyunadək satışların həcmi 831 milyon avro təşkil edib.

- İlin birinci yarısında satışlar -15,4%, 2,1 milyon avroya qədər azalıb. Enmə bütün regionlarında müşahidə edilib. Məsələn, EMEA ölkələrində (Avropa, Yaxın Şərq, Afrika) dinamika -12,1%, Şimali və Cənubi Amerikada -20,9%, Asiya-Sakitokean regionunda isə -13% olub.

- Pandemiya brendin mallarına da fərqli təsir göstərib. Məsələn, ilin birinci yarısında ayaqqabı satışları 15,2%, geyim 18,6%, aksessuar isə 9% enib.

- İkinci rübün başlanğıcı apreldə Puma-nın satışları 55% enib, mayda isə enmə dinamikası yavaşlayıb və 38% təşkil edib. İyunda isə situasiya düzəlməyə başlayıb və satışlar təkcə 6% azalıb. Bu isə onunla izah edilir ki, ayın sonunda brend mağazalarının 85%-ni yenidən açıb.

- Hesabatda deyilir ki, intensiv marketinq və reklam kampaniyası nəticəsində brendin ilin birinci yarısında e-commerce biznesi 70% artıb. Puma çalışırdı ki, elektron ticarət vasitəsilə satışlarını yenidən bərpa etsin. Amma bu heç də şirkətin zərərini kompensasiya edə bilmədi. Nəticədə, şirkətin ümumi biznesi qeyd olunan dövrdə 17,5%, 1,6 milyard avroya qədər azaldı.

- Puma-nın xalis zərəri 2020-ci ilin ikinci rübündə 95,6 milyon avro təşkil edib. Birinci yarısında isə 59,4 milyon avroya çatıb.

- 2019-cu ilin anaoloji dövründə isə şirkət müvafiq olaraq 49,7 milyon avro və 144,1 milyon avo gəlir əldə etdiyini açıqlamışdı.

- Hesabatda deyilir ki, mayda brend 900 milyon avro kredit xətti alıb. Onun 625 milyonu isə Almaniya dövlət bankı KfW-ə aiddir.


Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün