İşdə belə situasiyalara tez-tez rast gəlirik. Məsələn, 22 yaşlı Olqa özündən 17 yaş böyük birinə və müdirinə aşiq olduğunu yazıb və psixoloqdan necə etməli olduğuna dair kömək istəyib. Olqa deyir: “O, məndən 17 yaş böyükdür.


Mən indi, həm xoşbəxtəm, həm də deyiləm. Aşiq olduğum şəxs istəyir ki, heç kimin bizdən xəbəri olmasın. Mən indi işimi və onu itirmək istəmirəm”.


Bəs, qızların özlərindən böyük birinə aşiq olmasının səbəbi nədir? Psixoloq bu barədə danışıb.


Yaş fərqi: “Əvvəllər belə idi ki, 40 yaşına çatmış qadın yetkin biri hesab edilirdi. Belə ki, o 18-20 yaşında evlənməli və dünyaya uşaq gətirməli idi. Adətən cütlüklər arasındakı ən böyük yaş fərqi isə 10 olardı. İndi isə vəziyyət fərqlidir.


Ölkədə orta yaşama müddəti və doğuş yaşı artıb. Bu gün o məndən böyükdür ifadəsi əvvəlki kimi aktual deyil. Lakin yaş fərqi 30-40 olarsa, bu artıq başqa məsələdir”.


Ataya oxşarlıq: “Qadın üçün həyatındakı ilk kişi atasıdır. Əsasən atasına görə, qadınlar öz idealını müəyyən edirlər. Bu seçim isə ata və qızı arasındakı əlaqədən çox asılıdır. Atası tərəfindən uşaqlıqda sevilməyən və ya onunla daha az vaxt keçirən qadınlar özlərindən 10 yaş və daha böyük partnyorlara üstünlük verirlər.


Belə qızların, əsasən yarımçıq ailələrdə böyüdüyünün şahidi oluruq. Məsələn, ata öz işi ilə məşğul olub, qızına isə lazımı dəstəyi verməyib. Böyüyəndə, bu qız özündən böyük kişiləri seçir və beləcə bu mənəvi əskikliyini tamamlamağa çalışır.


Həm də özündən böyük partnyoru seçməkdə səbəb atasına olan sevgisidir. Bu halda, qız atasınının “ikinci kopyasını” axtarır. O, belə şəxslə özünü atasının yanındakı kimi rahat və təhlükəsiz hiss edir.


Xoşbəxt olmamaq hissi: Aşiq olduğumuzda hər kəsə bu barədə danışmaqla sevincimizi paylaşmaq istəyirik. Lakin bu baş verməyəndə isə məyus oluruq.


Sevgidə uğurun sirri qarşı tərəfə açıq olmaqdır. Məsələn, sən mənim haqqımda heç kimə danışmaq istəmirsən, çünki sən..., özümü xoşbəxt hiss etmirəm, çünki sən əlaqəmizi başqalarından gizlədirsən. Mən çaşqınlıq içindəyəm və bilmək istəyirəm, biz indi nəyik? Bu cür danışmaqdan qorxmamaq lazımdır. Çalışmaq lazımdır ki, belə mesajları daha yumşaq bir üslubda qeyd edəsiniz.


Unutmayın ki, qorxu yalnız qeyri-müəyyənlik olan zaman yaranır.


Kişilərə nə demək istədiyinizi isə öncədən özünüzdə vərəqə qeyd edin və öncədən məşq edin. Bu sizə özgüvəninizi artırmaqda daha çox kömək edəcək və əsas olan da odur ki, danışıq zamanı bu “plan”-dan kənara çıxmayacaqsınız.


https://www.marieclaire.ru/