cümə axşamı, 1 oktyabr 2020

Silikon Vadisi və pandemiya

306

Silikon Vadisi (Silicon Valley-red.) Kaliforniyada yerləşir və dünyada ən çox startapların yarandığı ərazidir. Statistikaya, əsasən Silicon Valley-də yaranan 30 startapdan ən azı 25-27-si uğursuz olur, lakin uğurlu olan startaplar da milyard dollarlıq şirkətlərə dönürlər.

Bu uğurun sirri orda yaranan ecosystem-dir. Ecosystem – özündə insanları, startapları və investorları birləşdirir. Buna misal olaraq Standford Universitetini misal göstərmək olar.

Bu universitet Kaliforniyadakı bu sistemin yaranmasında çox mühim rol oyayıb. Belə ki universitet, həm potensial startapçıları hələ tələbə ikən yetişdirir və uğurlu olacağına inandığı startaplara da investisiya qoyur.

Bu startaplardan illik qazandığı gəlir milyardlarladı və bunun sayəsində universitet özü-özünü maliyyələşdirir.

Pandemiya

Cherry Labs-in yaradıcılarından biri Nikolay Davidovun dediyi görə, ən çox çətinlik çəkdikləri məqam idarəetmə məsələsidir. Belə ki, hər kəs evdən işlədiyinə görə menecerlər işçiləri görmürlər və onların nə edib etmədiyinə və işin nə dərəcədə effektiv olduğuna əmin ola bilmirlər.

Silicon Valley əsaslı Zoom proqramı pandemiya dövründə ən sürətli inkişaf edən və istifadəçilərin sayını 10 dəfədən çox artıran şirkət oldu. Pandemiyanın yayılmağına başladığı vaxtlardan bu günə qədər səhmlərinin qiyməti 3 dəfə artıb.

Lakin təhlükəsizlik məsələri bir az sual altında idi. Belə ki istifadəçilərin şəxsi məlumatlını daha yaxşı qorumaq üçün Keybase adlı startapı aldı.

Expedia kimi turizm və hava yolları şirətlərini dövlət öz himayəliyinə götürdü və onlara dəstək paketi ayırdı. Son 10 ildə Amerikada yerləşən hava yolları milliardlarla mənfəət qazanıblar.

Nas Daily-nin məlumatına əsasən, onlar hər $1000 mənfəətin yalnız $40-nı (4%) şirkətdə saxlayıblar və yenidən investisiya ediblər, qalan pulu isə səhmdarlara divident kimi paylayıblar. Buna görə də, indi bu tip şirkətlər çətinlik çəkirlər.

Videoya bu kanaldan baxa bilərsiniz.

Müəllif: Nicat Hacıyev

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün