cümə axşamı, 1 oktyabr 2020

Tik-Tok istifadəçilərin təhlükəsiziyi üçün 420 milyon avro ayırdı

223

“ByteDance” şirkətinə məxsus olan TikTok xidməti İrlandiyada yeni data mərkəzini açacaq.

Tik-Tok Avropa İttifaqındakı istifadəçilərin məlumatlarını təhlükəsiz saxlamaq üçün yeni data mərkəzini tikəcək.

Facemark.az-ın məlumatına görə, bu dataların işlənməsi üçün Avropada tikiləcək ilk data mərkəzi olacaq. Proektin dəyəri 420 milyon avrodur.

Bunu öz çıxışında şirkətin informasiya təhlükəsizliyi sahəsini rəhbəri Rolan Klutye qeyd edib. Data mərkəzinin 2022-də işə başlayacağı planlaşdırılır.

Rolan qeyd edir ki, bu mərkəzin açılması Tik-Tokun Avropada daha sürətli işləməsinə və əlavə olaraq məlumatların saxlanılmasına kömək edəcək.

Belə ki, son zamanlar L’Oreal şirkəti məxfilik məsələlərinə görə reklam büdcəsini azaldacağını qeyd etmişdi.

Əlavə olaraq, ABŞ prezidenti Donald Trump Tik-Tok-u qadağan edəcəyini açıqlayıb və buna görə də Pekin şirkəti ByteDance, Tik-Tok-u Microsoft-a satmağı planlaşdırır.

Beləliklə, İrlandiyada data mərkəzinin yaranması və Aİ vətəndaşlarının məlumatlarının orda toplanması onu bu bölgədə bağlanmaqdan qoruya bilər.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün