Instagram Reels-in təqdim edilməsindən sonra ilk dəfə Mark Zukerberqin sərvəti 100 milyard dolları ötdü.


Facemark.az xəbər verir ki, Bloombergin məlumatına görə, Tik-Tok-un analoqu olan Reels-in təqdimatı investorları həvəsləndirib və qısa zamanda səhmlərin qiyməti artıb.


IT sahəsində olan şirkətlərin rəhbərlərindən yalnız Amazonun qurucusunu olan Jeff Bezos-un və Microsoftun qurucusu olan Bill Gates-in sərvəti $100 milayrddan çox idi.


Zukerberqin sərvənin böyük hissəsi Facebook-da sahib olduğu 13 faizlik səhm hissəsidir.


İnsanların internetdə çox vaxt keçirməsi ilə, texnologiya şirkətləri daha da çox qazanmağa başlayıblar. Hətta ən böyük şirkətlərin reklam boykotu belə şirkətin inkişafına təsir eləmədi.


İlin əvvəlindən Zukerberq $22, Bezos isə $75 milyard varlanıb.