Forbes nəşrinin siyahısında dünyanın ən varlı 25 şəxsi pandemiyanın pik həddə çatdığı 2 ayda daha 255 milyard dollar varlanıblar.


Bunun səbəbi ABŞ birja bazarındakı səhmlərin artması səbəb olub.


Facemark.az xəbər verir ki, bu 25 insanın ümumi səhmlərnin dəyəri 1,5 trilyon dollardır. Bu isə dünyanın ən varlı insanlarının sərvətinin 16%-ni təşkil edir.


Pandemiya zamanı Facebookun səhm dəyəri 60% artıb və Mark Zuckerberg pandemiya zamanı ən çox qazanan insan olub. Beləliklə, Zuckerberg Warren Buffett, Amancio Ortega və Larry Ellisondan daha varlıdır.


İkinci ən çox qazanan isə Amazonun təsisçisi və CEO-su Jeff Bezosdur. Amazonun səhmləri 10 mart və 10 avqust arası 66,41% artaraq 3148,16 dollara çatıb.


Ən varlı və çox qazanan insanlarln siyahısını sizə təqdim edirik:


  1. Jeff Bezos - Sərvəti $146.9 milyard. Artdı - $29.9 milyard
  2. Bill Gates - Sərvəti $106.5 milyard. Artdı - $11.9 milyard
  3. Bernard Arnault - Sərvəti $94.1 milyard. Artdı - $12.8 milyard
  4. Mark Zuckerberg - Sərvəti $100 milyard. Artdı - $29.9 milyard
  5. Warren Buffett - Sərvəti $69.2 milyard. Artdı - $6 milyard
  6. Larry Ellison - Sərvəti $66.4 milyard. Artdı - $10.4 milyard
  7. Steve Ballmer - Sərvəti $65.4 milyard. Artdı - $14 milyard
  8. Larry Page - Sərvəti $63.6 milyard. Artdı - $14.2 milyard
  9. Sergey Brin - Sərvəti $61.3 milyard. Artdı - $13.7 milyard
  10. Amacio Ortega - Sərvəti $60.5 milyard. Artdı - $5.2 milyard

TOP 25-də Elon Musk və Jack Ma kimi məşhur milyarderlər də var.