Google tərəfindən edilən açıqlamaya görə, dünya miqyasındakı 5,0 və üstü əməliyyat sisteminə sahib olan Android telefonların sabahdan etibarən mini zəlzələölçən (seysmoqraf) funksiyasını yerinə yetirəcək.


Facemark.az xəbər verir ki, yenilik çərçivəsində Android telefonların aşkar etdiyi seysmik informasiyalar Google-un məlumat bazasında toplanacaq və istifadəçilərə xəbərdarlıq mesajı göndərəcək.


Bundan başqa, zəlzələni aşkar edən yenilik ilə İnkişaf Etməkdə Olan Ölkələrdə can və mal itkisinin qarşısı alınacaq.


Ancaq, Google dünya miqyasındakı bütün Android telefonlardan məlumat toplayacaq olsa da, hazırda yalnız ABŞ-ın Kaliforniyada əyalətindəki istifadəçilərin birbaşa bildirim alacağı elan edildi.


Reuters-də yer alan xəbərə görə, Android əməliyyat sisteminə sahib olan ağıllı telefonu olan hər kəs, zəlzələ ilə bağı xəbərdarıqları Google-un məlumat bazasına göndərəcək.


Sabahdan etibarən, əməliyyat sistemi 5.0 və daha üstü çalışan Android telefonlar, müəyyən seysmik dalğa hərəkətərini alacaq və bunu Google-a bildirəcək.


Google daha sonra bu məlumatları axtarış nəticələrində istifadə edəcək.


Kaliforniyadakı Android istifadəçilərinə birbaşa xəbərdarlıq ediləcək.