Sosial mediada bir çox markaların ortaq məqsədi sevilən bir brend olmaq və izləyicilərinin, müştərilərinin rəğbətini qazanmaqdır. Ancaq bu həmişə asan deyil. Bunun üçün düzgün ünsiyyət strategiyası hazırlamaq və düzgün hərəkət etmək lazımdır.


Epidemiya ilə mübarizə prosesində aparılan araşdırmalar göstərir ki, e-ticarət və sosial media üzərindən markalarla qurulan əlaqələrdə ciddi şəkildə yüksəliş olmuşdur. Belə ki, istifadəçilərin markalarla qurduğu emosional əlaqə onların alış seçimində həlledici rol oynamağa başlamışdır. Qısası, “Lovemark” ola bilən marka, daha çox qazanmışdır.


Bəs “Lovemark” nə deməkdir?


“Lovemark” kəliməsi ingilis dilindən tərcümə edildikdə “marka sevgisi” mənasını ifadə edir. Bu ifadə müştərilərin bəzi markalara qarşı hiss etdiyi xüsusi bağlılığı bildirir. Bir çox istehlakçı ən çox istifadə etdiyi bir markanı dəyişdikdə və ya satın aldıqda fərqli emosional hisslər keçirir. Bu bağlılıq hissi “Lovemark Marketing” yanaşmasından irəli gəlir.


Bir məhsul və ya bir xidmətdən daha çoxunu vəd edən, istehlakçıları ilə məhsulun xüsusiyyətləri və ya performansından başqa, müstəqil bir əlaqə qura bilən markaların hekayəsi “lovemark” prosesidir. “Lovemark” yaratmaq, istehlakçıların xəyallarını anlamaq, nəyi və nə vaxt istədiklərini bilmək və həyatlarının bir hissəsi olacaq heyrətamiz təcrübələr yaratmaqdır.


Aparılan tədqiqatlar göstərir ki, müştərilərin 45%-i etibar etdikləri markalardan alış-veriş edir, 25%-i isə münasib hesab etdikləri markaları seçir. Bu vəziyyətdə markaların müştərilərə hiss etdikləri duyğular vacibdir. Həqiqətən bu belədir. Gəlin, istehlakçıların xəyallarını başa düşən və emosional şəkildə idarə edən markaların ortaq cəhətlərini nəzərdən keçirək.


- Müştərilərini dinləmək;


- Fasiləsiz ünsiyyəti təmin etmək;


- İstehlakçıların ehtiyaclarına uyğun xidmətləri inkişaf etdirmək;


- Yaradıcı hərəkətlər etmək;


- Özünü istehlakçının yerinə qoymaq;


- Orijinal məzmunlar yaratmak;


- Daimi paylaşım;


- Trendləri yaxından izləmək;


- Əlaqədar həştəq və emojilərdən istifadə;


- Qısa mətnlərlə mesaj ötürmə bacarığı;


- İzləyicilərinə hədiyyələr və üstünlüklər təqdim etmək.


Budur, məhz bu xüsusiyyətlərə sahib markalar “lovemark” olmağı bacarırlar. İndi özünüzdən soruşun: “Mənim markamda bu xüsusiyyətlər varmı?” Cavabınız “bəli”-dirsə və hələ də markanızın “lovemark” olduğunu düşünmürsünüzsə, deməli markanızda vacib hesab edilən bəzi xüsusiyyətlər tam reallaşdırılmayıb. Bu zaman çatışmazlıqlarınızı dərk etmək və uğurlu ünsiyyət kampaniyaları və strategiyalarınızı inkişaf etdirmək üçün peşəkar bir komanda ilə işləmək vacibdir.


Tədqiqatlara görə, Apple, Google, Starbucks, Coca-Cola, Nike, Nestle, Lego, Converse, Ikea, Cadburry və Adidas kimi markalar dünyanın ən sevilən markaları arasındadır. Təbii ki, bu uğurda markaların müştərilərinin qarşısına tez-tez böyük reklam büdcələri ilə çıxdıqlarını da unutmamaq lazımdır. Lakin siz də kiçik reklam büdcələri ilə də “lovemark” ola və rəqiblərinizlə müqayisədə ön sıralarda yer ala bilərsiniz.


Müəllif: Gülşən Cəfərli, SMM mütəxəssisi