çərşənbə, 2 dekabr 2020

Facebook şirkəti marketinq direktorsuz qalır

344

Facebook şirkətinin qlobal marketinq direktoru Antonio Lyusio şirkətdəki vəzifəsini tərk edir.

Facemark.az-ın məlumatına görə, bu haqda Business Insider nəşri cümə günü xəbər verib.

Facebook şirkəti də top-menecerin ayrılıq xəbərini təsdiq edib. Lyusio Facebook şirkətinə iki il əvvəl, Cambridge Analytica qalmaqalının alovlandığı bir vaxtda gəlmişdi. Bu vəzifəyə qədər isə o, HP Inc. şirkətində marketinq və kommunikasiya bölməsinə rəhbərlik edirdi.

Facebook özünün açıqlamasında deyib ki, Lyusio şirkətdə sentyabrın 18-ə qədər qalacaq. İlin sonuna qədər davam edəcək keçid dövründə isə o şirkətə kömək etməyə davam edəcək.

“Antonio transformasiya dövründə hekayəmizi izah edərək böyük iş gördü. Biz ona töhfələrindən dolayı minnətdarıq və ona yeni mərhələdə uğurlar arzu edirik”, - deyə Facebook-dan deyiblər.

Lyusionun özü isə ayrılıq barəsində deyib ki, ölkənin və reklam sənayesinin üzləşdiyi dəyişikliklərdə daha aktiv iştirak etmək arzusu var.

O, CMO vəzifəsində Facebook şirkətinin rebrendinqini həyata keçirdi. Antonio şirkət ətrafında yaranan çoxsaylı qalmaqallar fonunda Facebook-a olan inamı bərpa etdi. Silvestr Stallone ilə Super Bowl reklamlarını ərsəyə gətirdi.

Onun gedişi ərəfəsində isə Facebook iri şirkətlərin reklam boykotları ilə üz-üzə qalıb. Ancaq bu şirkətin gəlirlərinə elə də təsir etməyib.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün