Yaponiyanın texnika istehsalçısı Toshiba öz brendi adı altında portativ kompüter və noutbuk istehsalını tamamilə dayandırıb.


Facemark.az-ın məlumatına görə, bu haqda şirkətin press-relizində məlumat verilib.


Bildirilib ki, belə bir qərar Personal kompüter bazarında 35 il mövcud olduqdan sonra alınıb.


Belə bir qərara səbəb isə şirkətin noutbuk istehsal edən bölməsini elə bu işlə məşğul olan Sharp firmasına satması ilə izah edilir. Toshibanın bu bölmə üzrə 19,9%-lik payı qalmışdı. 2018-ci idə isə PK bölməsinin 80,1% elə yuxarıda adı çəkilən firmaya satılmışdı. Sonuncu müqavilə ilə isə kompüter və noutbuk istehsal edən bölməsi Toshibanın əlindən çıxıb.


Keçən yazda Sharp Toshiba Client Solutions törəmə adını dəyişdirdi və Dynabook adı altında kompüter istehsal etməyə başladı. Əvvəllər Toshiba bu bölməni, ancaq Yaponiyada inkişaf etdirirdi. İndi isə Sharp bu brendi qlobal səviyyədə tanıtdırır.


Toshiba rəsmi şəkildə noutbuk bazarından gedişi ilə bağlı səbəbi açıqlamayıb. Ancaq BBC News nəşri yazır ki, belə bir qərara Toshiba-nın PK-lara olan aşağı tələb səbəb ola bilər.