Televiziya aparıcısı Kseniya Sobçak Instagram-da 1 may 2019-30 aprel 2020-ci il ərzində 1,5 milyon dollar qazanıb. Onun abunəçi sayı isə 7,7 milyon nəfər olub.



Facemark.az xəbər verir ki, beləliklə, jurnalist ardıcıl ikinci dəfə sosial şəbəkədə ən yüksək reklam gəliri ilə Forbes-in Instagram bloggerləri reytinqinə başçılıq edir.


Reytinqin ikincisi isə müğənni Polina Qaqarinadır, 8,4 milyon abunəçisi var, illik gəliri isə 900 min dollardır.


TOP 3-lüyü isə videoblogger İda Qaliç tamamlayır, Instagram-dan ildə 850 min dollar qazanır. Onun səhifəsini izləyənlərin sayı 7,1 milyon nəfərdir. Müğənni Olqa Buzova isə ötən il reytinqin üçüncüsü olub, bu il isə o, 600 min dollarlıq gəliri ilə siyahının 11-cisi olub.




TOP 5-ə, həmçinin televiziya aparıcısı Kseniya Borodina (770 min dollar və 15,4 milyon abunəçi ilə və Alina Levda (760 min dollar gəlir və 5,3 milyon abunəçi ilə) da düşüb.


Instagram-da ən çox qazanan influencerlər arasında, həmçinin blogger Nastya İvleeva (610 min dollar) və Valeriya Çekalina (610 min dollar) da var.


2019-cu ildə ikinci sırada yer alan televiziya aparıcısı Reqina Todorenkonun ilə eyni səviyyədə qazanan pop-müğənnisi Elena Temnikova olub, 600 min dollar.




Belə bir məbləği, həmçinin döyüşçü Həbib Nurmaqomedov da qazanıb. O, Rusiyalı bloggerlər arasında TOP10-a düşən və ən çox qazanan yeganə kişi olub.