Facebook sosial şəbəkəsinin mobil əlavəsində Facebook Shop bölməsi yaradılıb.


Facemark.az-ın məlumatına görə, şirkətdən deyilib ki, yeni bölmə məhsul və brendlərin axtarışını asanlaşdıracaq, eyni zamanda alış-veriş etməyinizə kömək olacaq.


Hazırda xidmət, təkcə amerikalı istifadəçilər üçün əlçatandır. İyulda isə Facebook korporasiyası analoji bölməni Instagram-da əlçatan etmişdi. Auditoriyanın bir hissəsi əsas səhifədə şopinq-ikonunu müşahidə etmişdilər.


Kompaniya mayda elan etmişdi ki, alət onlayn-piştaxta yaratmağınıza kömək olacaq. Korporasiya tərəfindən belə bir ölçü koronavius pandemiyası zamanı kiçik biznesləri dəstəkləmək məqsədilə yaradılmışdı.


Yaxın həftədə isə Facebook Shop, şirkətin kriteriyalarını qarşılayan bizneslərin xidmətinə veriləcək. Həmçinin Facebook Shop-da müştərilər ilə kommunikasiyada olmaq, təklifləri fərdiləşdirmək, biznes-göstəriciləri ölçmək mümkün olacaq. Burada fərdi məhsulları, eləcə də onlayn piştaxtada müəyyən bir kateqoriyanı vurğulamağa imkan verən yeni bir dizayn olacaq. Həmçinin kolleksiyaların yaradılmasından sonra onlara ilkin baxış mümkündür. Yeni satıcılar üçün mağaza yaratmaq və müştəri davranışlarını anlamaq əlçatandır.


Instagram, həmçinin Checkout funksiyasını da yaradıb. Bu funksiya brauzerə daxil olmadan bir neçə kliklə məhsulu almağa kömək olur.


İlin sonuna qədər platforma sahibi, müəssisələr üçün e-com giriş həddini endirmək üçün komissiyalardan imtina edəcək.