cümə axşamı, 1 oktyabr 2020

Interbrand Nədir?


Fərid Abdıyev


308

Hər bir sahəyə aid fəaliyyətlərin ölçülməsi üçün müəyyən bir etalonu mövcuddur. Müxtəlif vaxtlarda qarşımıza dünya universitetlərin reytinqi, demokratiya və rifah indeksi, əhalinin demoqrafik göstəriciləri və s. bağlı siyahılar çıxır. Marketinq sahəsində də, sözsüz ki, bu cür araştırma və analiz etmə üzrə konsaltinq şirkətləri mövcuddur. Bunlar ən ciddi qəbul edilən Interbranddır.

Interbrand ABŞ-ın qlobal media, marketinq və korporativ rabitə üzrə nəhəngi Omnicom Group-un tərkibində yer alan marka menecmenti üzrə ixtisaslaşmış konsaltinq şirkətdir. Onun 17 ölkədə 24 ofisi var. İlk əvvəllər Dunlop Corporation nəzdində fəaliyyət göstərən şirkət John Murphy tərəfindən 1979-cu ildən Interbrend adı altında fəaliyyətə başlamışdır. Nyu-Yorkdan yavaş-yavaş dünyanın hər tərəfinə yayılan şirkət Los-Anceles, Milan, Tokio, Frankurt kimi iri biznes mərkəzi olan şəhərlərdə beyləlxalq ofislər açmışdır. Şirkət markanın qiymətləndirilməsi (brand valuation), yeni məhsulların hazırlanması (new product development), adlandırma (naming), və qrafik dizayn (graphic design) kimi fəaliyyətlərlə məşğul olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, 1993-cu ildə Omnicom Group tərəfindən hissələri satın alınmışdır.

Şirkət 20 ildən artıqdır ki, “Ən yaxşı qlobal markalar” (Best Global Brands) adı altında raport hazırlayaraq ictimaiyyətə təqdim edir. Bu raport hazırlanarkən 4 əsas indeks əsas götürülür: markanın gücü, markanın rolu, markanın dəyəri və maliyyə proqnozu. Təbii ki, bu raport hazırlanarkən bir çok riskləri də daşıyır. Öncədən proqnozların verilməsi, kriteriyalar arasında əlaqə yaradaraq yekunda düzgün nəticə gəlincə mürəkkəb proseslərə əsaslanır. Eyni zamanda, marka dəyərinin hesablanmasında lazımlı dataların əldə edilməsi maliyyətlidir. Interbrand hər ilin sonunda 100 ən dəyərli markanın siyahısını açıqlayır. 2019-cu ildəki siyahı belədir:

Göründüyü kimi, artıq neçə ildir ki, cədvələ 234 milyardlıq dəyəri ilə Apple başçılıq edir. Google 2-ci, Amazon 3-cü, Microsoft 4-cü, Coca Cola 5-ci, Samsung 6-cı, Toyota 7-ci, Mercedes-Benz 8-ci sıradakı yerlerini qoruduqları halda Mc'Donalds bir pillə yüksələrək 9-cu sıraya yerləşdi. İlk onluğu keçən ilin 14-üncüsü Disney qapayır. 2018-ci ildə doqquzuncu sırada olan Facebook dəyər itirərək on dördüncü pilləyə enib.

Eyni zamanda, bu il 100-lüyə yalnız 3 yeni brend daxil ola bilib. Bunlardan Dell Techonogies siyahıda 63-üncü, Uber 82-ci, LinkedIn ise 98-ci sıradadır. Siyahıda ən çox böyüyən markalar; MasterCard (25%), SalesForce (24%), Amazon (24%), Starbucks (23%), Gucci (23%), Adobe (20%), Visa (19%), Caterpillar (19%), Nintendo(18%) ve Microsoft (17%) oldu. Ən çox geriləmə 22% ilə Generel Electrik şirkətinə məxsusdur.

Hazırda bütün dünyada yayılan Covid-19 pandemiyası bir çox markaya təsir etmiş durumdadır. Ola bilsin ki, növbəti il üçün ciddi dəyişikliklər olsun. Zaman göstərəcək.

Fərid Abdıyev, Brend menecer

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün