Bazarda özünəməxsus mövqeyi ilə möhkəmlənmiş “Apple” sözsüz ki, bir çox insanlar tərəfindən sevilsə də, bəzi insanlar tərəfindən birmənalı qarşılanmır.


Bunun bir çox səbəbləri var, birincisi bir çox insan “Apple” məhsullarının qiymətini ödəmək iqtidarında deyil. İkincisi, sadəcə belə yüksək qiymət ödəmək istəməyə bilərlər.


Təbii ki, özünün gələcək potensial müştərilərinə qarşı belə yanaşma, nifrətə səbəb olur. Çünki şirkət sanki özü ilə onlar arasında bir sədd qoyub. “Apple” məhsullarını təsvir etmək üçün, əsasən bu sözlərdən istifadə olunur: Həddindən artıq yüksək qiymətləri var.



facemark.az bu dəfə “Apple” məhsullarının ərsəyə gəlməsində əməyi olan və daha çox tanınan baş dizayner Jony Ive barədə sizi məlumatlandıracaq.


İyirmi ildən çox bir dövrdə “Apple”-ı dünyanın ən dəyərli şirkətinə çevirməyə kömək edən məhz Britaniyalı Sir Jony Ive olub.


Jony 2019-cu ilin iyununda “Apple”dan ayrılmaq haqqında qərar qəbul edib. Bu isə düz 27 ildən sonra baş verib. O, şirkətdən ayrılandan sonra, özünün “LoveForm” adlı yaradıcı dizayn təşəbbüsünü yaradıb. Jony Ive 2011-ci ildə maaşının 30 milyon dollar olduğunu elan edib.



Jony Ive-in “Apple”da işləyən zaman ərsəyə gətirdiyi bəzi fəaliyyətlər şirkət üçün çox mühüm rol oynayır:


- O, şirkətin mərhum rəhbəri Steve Jobs ilə iPhone, iPod və iPad dizaynında mühüm rol oynayıb. Bugünə qədər gördüyü ən səmərəli biznes və texnologiya əməkdaşlıqlarından birini qurub. Onun belə məhsuldarlığı Tim Cook dövrünə qədər davam etdi və “Apple Watch”-un inkişafında əsas rol oynadı.



- Ive, mərhum Apple qurucusu Steve Jobs-a qədər “iPhone”, “iPod” və “iPad” kimi məhsulların hərəkətverici qüvvəsi olmuşdur.



Ive və Steve Jobs həmkarlar olduğu kimi, həm də dost olduqları bilinirdi. Ive, yeni firmasının adı “LoveFrom”un Jobs ilə etdiyi bir söhbətdən ilham aldığını söyləmişdi.


Beləliklə, Jony Ive-in “Apple”dan ayrıldığı dönəm bir çox insanlar tərəfindən “bir eranın sonu” adlandırılmışdı.


Müəllif: Fidan Əzizova