TikTok-un gələcəyi ilə bağlı qeyri-müəyyən vəziyyət avqust ayında Snapchat-ə böyük təkan verdi. Ya da bəlkə bu yalnız Disney göz filterləri ilə bağlı idi. Hər halda, tətbiq mağazasının (App Store) məlumat bölməsi Sensor Tower-ın ilkin hesablamalarına, əsasən, qeyd olunur ki, Snapchat mobil tətbiqetməsi ilə bağlı, həm iOS, həm də Android vasitələrdən keçən ay təxminən 28,5 milyon yeni yükləmə qeydə alınmışdır - ilk dəfə yükləmələrin bir ay üçün statistikası bu qədər böyükdür. Bundan əvvəl isə 2019-cu ilin mayından bəri 41.2 milyon yeni yükləmə qeydə alınmışdı.


2019-cu ilin may ayı Snapchat üçün əlamətdar tarix oldu. Belə ki, Sensor Tower məlumatları göstərir ki, Snapchat-in 2019-cu ilin may ayından başqa böyük yükləmə gördüyü ay 2016-cı ilin dekabr ayıdır.


Statistikalara əsasən Snapchat yükləmələri keçən illə müqayisədə 29% artıb ki, bu artımın 9%-i təkcə iyul ayında qeydə alınıb.


Son bir ayda Snapchat-in yükləmə statistikalarını hansı tendensiyaların və ya dəyişikliklərin formalaşdırdığı bəlli deyil.


Ancaq sosial tətbiqetmələr sahəsindəki əhəmiyyətli detallardan biri ABŞ-da TikTok qadağasının ola bilməsi xəbərinin yayılmasıdır. Qadağa xəbəri yüklənmələrin sayını bir neçə həftəyə siyahının ilk yerlərinə çıxardı. Avqust ayının əvvəlində, bir çox TikTok rəqibləri - Likee, Byte, Dubsmash, Triller və digərləri də - ABŞ-da həftəlik aktiv istifadəçilərin sayında xeyli artım gördülər, amma Trampın əmrinə, əsasən, Çinin tətbiqetməsi olan TikTok qadağan olunarsa heç biri bazarda onun yerini tutmaq üçün ciddi nöqtəyə gələ bilmədi.


Bununla birlikdə, TikTok qadağası xəbərlərindən Snapchat və Instagram kimi daha böyük TikTok rəqiblərinin necə təsirləndiklərini aydınlaşdırmaq daha çətindi.


Bu geniş kütləyə xitab edən sosial tətbiqlər hər ay davamlı olaraq böyüməyə doğru gedir və mütəmadi olaraq yükləmə və istifadəçi sayına təsir göstərə biləcək yeni xüsusiyyətlər əlavə edirlər. Məsələn, Instagram son həftələrdə canlı yayım, alış-veriş və öz TikTok alternativi olan Reels-in ilk funksiyalarını genişləndirdi.


Birbaşa TikTok rəqibi olmasa da, Snapchat də, eyni zamanda, qısa formalı video tətbiqetməsini dəstəkləyən funksiya əlavə edərək, eyni gənc kütləni cəlb etməyə çalışır.


Bu ay Snapchat, TikTok istifadəçilərinə xitab edəcək yeni musiqi funksiyası təqdim etmək planlarını açıqladı. Bu payızda gerçəkləşməsi gözlənilən funksiya istifadəçilərin snaplarını TikTok-da olduğu kimi musiqi ilə birləşdirmələrinə imkan verəcəkdir. Snap ayrıca, Warner Music Group, Warner Chappell, Universal Music Publishing Group, NMPA, Merlin və digərləri də daxil olmaqla musiqi sənayesinin ən yaxşı tərəfdaşları ilə razılığa gəlib.


Bundan əlavə, Snapchat iyulun sonunda Snapchat-in söhbət bölməsində olan tətbiqlərin, əsasən, yüngül, sadələşdirilmiş versiyaları olan “Minis” adlı yeni bir xüsusiyyəti işə saldı. HTML üzərində qurulmuş funksiya istifadəçilərə tətbiqdən ayrılmadan bilet almaq, Headspace ilə meditasiya etmək, dostlarınızla əməkdaşlıq etmək və bir sıra tapşırıqlarla məşğul olmağa imkan verir.


Snapchat, App Store-da tutduğu liderlik mövqeyindən də faydalanır. Apple hazırda “iPhone üçün yeni?” adlı funksiya əlavə edərək bunu “App Store”-un “App” ana səhifəsində yerləşdirib. Ana səhifədə ilk yerlərdə duran kolleksiya, iPhone istifadəçilərinin yükləmək istədikləri tətbiqlər haqqında tövsiyələr verir.


Yükləmə statistikalarındakı artımların başqa bir səbəbi böyük şirkətlər arasında populyar olan marketinq xərcləri ilə bağlı ola bilər.


Snapchat bu haqda heç bir informasiya verməsə də, bu artımın səbəbi #disneyfilter etiketli 66.4 milyon TikTok videosu ola bilər.


Sensor Tower-ın yeni Snapchat statistikası yalnız 26 avqusta qədər dəqiqləşdirildiyi üçün ilkin məlumatlar hesab olunur. Avqustun qalan günlərinin də statistikası əlavə olunduqda, ortaya çıxan rəqəmlərdə bəzi dəyişikliklər ola bilər. Ancaq bu dəyişikliklər ən yaxşı halda daha kiçik olacaq.


Bu rəqəmlər əvvəlcə Sensor Tower-ın maliyyə xidmətləri müştərilərindən biri tərəfindən analiz edilmişdir. Sensor Tower-ın məlumat hesabat komandası tərəfindən rəsmi şəkildə açıqlanmamışdı. Lakin şirkət daha sonra məlumatların dəqiqliyini TechCrunch ilə təsdiqlədi.


Snapchat, iyul ayında gündəlik aktiv istifadəçilərinin 238 milyona yüksələrək, şirkətin aprel ayındakı statistikasından (229 milyon) təxminən 4% çox olduğunu bildirdi. Şirkət yeni yükləmə statistikaları haqqında məlumat yaymayacağını da bildirib.


Müəllif: Humay Hüseynli