Dünyadakı ikinci ən populyar axtarış motoru olan YouTube, müştərilərin diqqətini cəlb etməyə çalışan müəssisələr üçün ən güclü platformalardan biridir. Hər ay təxminən iki milyard istifadəçi daxil olan platforma, markaların yeni auditoriya cəlb etməsinə və sadiq izləyicilərinin yaradılmasına kömək etmək üçün böyük bir üstünlüyə sahibdir.


YouTube-un uğurlu bir rəqəmsal strategiya üçün nə qədər vacib olduğunu nəzərə alsaq, platformada reklamın yalnız 14 il əvvəl başladığını bilmək təəccüblüdür. YouTube 2006-cı ildə müəssisələrə hər zamankindən daha geniş auditoriya qazanma şansı təqdim etməyə başladı.


YouTube-da reklamın hədəfləmə və fərdiləşdirmə qabiliyyətlərindən ölçülmə və əlverişliliyə qədər bir çox faydası var, amma ən vacib fayda əslində ən sadədir: Reach.


YouTube reklamının markanız üçün nələr edə biləcəyinə nəzər salaq.


  • Rəqəmsal göstəriş sayınızı (reach) genişləndirir.

Veb saytı aylıq olaraq ziyarət edən təxminən iki milyard YouTube hesabı sahibindən əlavə olaraq platformanın gündəlik beş milyard video görüntüsünə töhfə verən geniş, qeydiyyatdan keçməmiş bir istifadəçi kütləsi var. Belə olduğu halda reklamınızın həqiqətən işinizlə maraqlı ola biləcək insanların qarşısına çıxma şansı daha da artmış olur.


YouTube Ads ilə nə qədər böyük şəbəkə qurarsanız, bir o qədər potensial müştəri ilə əlaqə qura bilərsiniz.


  • Qabaqcıl targeting ilə müştərilər tapır.

Yaş, cinsiyyət və coğrafi məkan kimi əsas müəyyənləşdirici məlumatlardan əlavə müştərilərinizin bir çox xüsusiyyətləri var.


YouTube Ads ilə mövzu, kateqoriya və açar sözlərə görə videoları hədəfləmə qabiliyyətiniz var. Bununla siz izləyicilərin sizin reklamınızla maraqlanmaq ehtimalını artırmış olursunuz. Placement Targeting ilə reklamlarınızın görünməsini istədiyiniz xüsusi YouTube səhifələrini müəyyənləşdirə bilərsiniz. Bu kimi hədəfləmə xüsusiyyətlərindən istifadə etməklə, reklamlarınızın doğru zamanda doğru müştərilərin qarşısına çıxmasını təmin etmək çox asanlaşdırılır.


  • Hədəflərinizə uyğun reklamları fərdiləşdirir.

Göstərilməyə uyğun olması üçün ciddi qaydalara riayət etməsi lazım olan axtarış və alış-veriş reklamlarından fərqli olaraq, YouTube reklamları müəssisələrə reklam yanaşmalarını seçməkdə daha çox sərbəstlik verir. Markalar platformadan özləri və müştəriləri haqqında hekayələr danışmaq, dəyərli məlumatları bölüşmək, məhsullarını izah etmək və daha çox şey üçün istifadə edə bilərlər. Bu geniş imkanlar həqiqətən YouTube-u ən dinamik və çevik reklam platformalarından birinə çevirir.


  • Uyğun qiymətli kampaniyalar yaradır.

Reklamlarınızı yaratmaq üçün mütləq professional bir kameraya və ya bir yaradıcı agentliyin köməyinə ehtiyacınız yoxdur.


YouTube bizneslərə reklamları bir smartfonda hazırlamaq, çəkmək və düzəltməyə kömək etmək üçün lazımlı təlimat hazırlayıb. Axtarış elanları ilə müqayisədə YouTube qiymət cəhətdən əlçatanlıq üstünlüyünə malikdir. YouTube-da siz reklamınızı görən, lakin tez bir zamanda atlayan insanlar üçün ödəniş etmirsiniz. Büdcənizi izləmək və YouTube reklamlarınızın uğurunu ölçmək həqiqətən daha asan ola bilməzdi.


Google Ads hesabınızı yoxlayaraq baxışları və xərcləri izləyə və düzgün auditoriyaya çatdığınız haqqında fikir əldə edə bilərsiniz.


  • Reklamlarınızın uğurunu ölçür.

YouTube hesabınızdakı Analytics adı altında reklamlarınıza baxan insanlar haqqında daha çox məlumat əldə edə bilərsiniz. Bu məlumatları araşdırmaq sizə reklamlarınızın həqiqətən nə dərəcədə yaxşı işləməsi barədə əvəzsiz məlumat verə bilər.


Məsələn, siz öyrənə bilərsiniz :


- Müştəriləriniz hansı reklamları izlədiyini;


- Onları nə qədər izlədiklərini;


- Tam olaraq hansı andan etibarən artıq reklamla maraqlanmadıqlarını.


YouTube, müəssisələrə istifadə edə biləcəkləri müxtəlif reklam formatları təklif edir:


  1. Trueview.
  2. Pre-Roll.
  3. Bumper Ads.

TrueView reklamları.



Bəzi reklamlarında YouTube TrueView adlı özünəməxsus bir formatdan istifadə edir. Bu reklamlar YouTube-da görünməklə yanaşı, Google Display Şəbəkəsində də göstərilə bilər. Standart TrueView Reklamlarında reklamverənlər yalnız istifadəçi video reklamın ən az 30 saniyəsini izlədikdə və ya müddət 30 saniyədən az olarsa bütün videonu izlədiklə ödəniş edirlər. Əlavə olaraq, izləyici, məsələn, bir linkə tıklayaraq reklamına daxil olursa, sizdən görüntü üçün ödəniş alınır. Və TrueView Ads içərisində reklamların iki alt kategorisi var, İn-stream və Discovery. TrueView In-Stream reklamları YouTube videosu başlamamışdan əvvəl, video ərzində və sonradan verilən reklamlardır. Bu reklamlar 5 saniyədən sonar atlana bilər. Lakin izləyici reklamı atlamağı seçdiyi halda sizdən ödəniş tələb olunmur.



TrueView Discovery Ads, YouTube axtarış nəticələri səhifələrində və sağ yan paneldə əlaqəli videolar kimi göstərilir. İn-stream reklamlardan fərqli olaraq, Discovery reklamlarına hər dəfə tıklandıqda, videoya baxdılan müddətdən asılı olmayaraq müəssisələr ödəniş edir.


Pre-Roll reklamları



Atlanması mümkün olmayan iki reklam növü arasında Pre-Roll reklamlar daha gəlirli görünür. Bir videodan əvvəl, ortada və ya sonra göstərilə bilən bu reklamlar 20 saniyəyə qədər ola bilər, lakin ümumən 15 civarındadır. Qeyd etmək lazımdır ki, izləyicinin cəlb olunmasına səbəb olub-olmamasından asılı olmayaraq müəssisələr reklam görüntüsü üçün ödəniş edirlər.


Bumper reklamları.



Bu reklamlar Pre-Roll reklamları kimi atlana bilməz və hər görüş üşün ödəniç tələb edir. Bu reklamlar çox qısadır-yalnız altı saniyə və birbaşa YouTube-dakı videolardan əvvəl göstərilir. Qısa işləmə müddəti səbəbindən Bumper Ads, ümumiyyətlə, bir məhsulu tanıtmaqdansa, marka məlumatlılığını artırmaq üçün daha uyğundur.


Müəllif: Leyla Kərimova