Hər bir sahədə araşdırma etmək üçün müəyyən qaydalara əməl etmək mütləqdir. Bunun üçün önəmli olan mərhələlər bunlardır:


  • Diqqətinizi cəmləyin: Mənbələrinizi toplayaraq mükəmməlliyə doğru səyahətinizə başlayın. Başqa insanların mövzu və ya auditoriya haqqında nəyi öyrəndiklərini kəşf edin. Google sizin Tanrınızdır. Onlayn verilənlər bazalarını, tədqiqat sənədlərini və hesabatlarını yoxlayın.
  • Mənbələrinizi yoxlayın: Bəzi mənbələr digərlərindən daha dəyərli, əlaqəli və ya etibarlıdır. Bundan əlavə, tədqiqatın aparıldığı ölkəni yoxlayın. İqtisadi və ya mədəni profillərindəki fərqlərə görə ölkəniz üçün nəticələrin fərqli olacağını nəzərə alın.
  • Alternativ faktlara “yox” deyin: Tapmağa çalışdığınız faktlar haqqında məlumata sahib olmadan fikir yaratmaq təhlükəlidir.
  • Saxta xəbərlər yaymayın: İşinizə qarşı dürüst olun. Məhdudiyyətlərinizi bildirin. Həmkarlarınız tərəfindən cavablandırılan bir sorğu təmsili xarakter daşıyır, əsas məlumat bazası kimi dəyərləndirməyin. Bu o demək deyil ki, sorğu sizə ümumi bazar meylləri barədə fikir verə bilməz. Müştərinizin və ya auditoriyanızın anlayışlarınızın dəyəri barədə qərar verməsinə icazə verin.
  • Məlumatı qavrayın: Dərindən qavramadığınız məlumatı auditoriyanıza ötürə bilməyinizin ehtimalı çox aşağıdır. Düşüncələrinizi qısa şəkildə təqdim edin; şəkillərin, söz buludlarının və qrafiklərin həqiqətən faydalı olduğunu unutmayın, lakin bunu bezdirici şəkildə etməyin. Aydın və sadə olun.

Müəllif: Fidan Əzizova